İranı kim və niyə qarışdırmaq istəyir? - VİDEO

İranı kim və niyə qarışdırmaq istəyir?
İranda dekabrın 28 dən sosial zəmində başlayan etirazlar və daha sonradan siyasiləşdirilərək qızışan aksiyalar yekunlaşdı. İslam inqilabı keşikçiləri korpusunun rəhbəri ölkədə sabitliyin tam bərpa olunduğunu elan etdi. Əslində İranda nə baş vermişdi və qısa müddətdə hadislərin belə alovlanmasının səbəbi nə idi. Gərginlik cəmi bir həftə davam etsə də, bundan çıxarılacaq çox dərs var. Xüsusi ilə də Rəsmi Tehran baxımından.

İranda qiymətlərin artımı və iqtisadi tələblərlə başlayan etirazlar qısa müddətdə alovlandı və bir neçə şəhəri əhatə edən böyük bir etiraz dalğasına çevrildi. əslində sosial zəmində başlayan aksiyalar səsləndirilən ilkin tələblər kifayət qədər anlaşılan idi. Ölkədə bu sahədə problemlərin olduğunu elə iran rəhbərliyi özü də etiraf edir.

Ancaq gedişat göstərdi ki, qərb dairələri pusquda dayanıb, regionda xüsusi ilə də iranda baş verəcək ən xırda qığılıcımı belə alovlandırmaq üçün fürsət gözləyir. Bu zaman ölkəni, o cümlədən də regionu qarışdarmaq üçün ənənəvi taktikaya əl atıldı. İranın əhalisinin təxminən 40 faizinin etnik azərbaycanlı olduğunu nəzərə alan ABŞ və qərb hadisələrə məhz etnik qarşıdurma xarakteri vermək istədi. Bunun üçün isə buradakı azərbaycanlıların üzləşdiyi problemləri hakimiyətin etnik ayrıseçkilik siyasəti kimi qabartmağa çalışdılar. Şübhəsiz ki, gərginliyi etnik müstəviyə keçirməkdə əsas məqsəd o idi ki, qonşu dövlətlər Azərbaycan və Türkiyə də hadislərə müdaxilə etsin.

Amma bu dəfə alınmadı. Çünki Azərbaycan və Türkiyə bu oyuna gəlmədi. Əksinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Həsən Ruhani ilə telefonla danışaraq problemin İran höküməti tərəfindən həllinə ümidvar olduğunu ifadə etdi. Rəsmi Bakı isə açıq şəkildə bəyan etdi ki, problemin İranın qanunları çərçivəsində həllinin tərəfdarıdır və heç bir halda region ölkələrində sabitliyin pozulmasına gətirib çıxaracaq cəhdlərə yol vermək olmaz.

Yəni həm rəsmi Bakı, həm də rəsmi Ankara sabitliyin bərpası eyni zamanda akisyaların başlanmasına rəvac verən problemlərin həlli üçün addımların atılmasına dəsətək ifadə etdilər.

Xüsusi vurğulanmalı digər bir məsələ isə irandakı etnik azərbaycanlıların sərgilədiyi mövqe idi. Bütün təxribat və manipuliyasiyalara baxmyaraq onlar xarici dairələrin əlində vasitəyə çevrilmədilər. İrandakı etiraz aksiyalarının coğrafiyası da bunu təsdiq edir. Aksiyalar əsasən Tehran, Məşəd, İsfahan və Rəşt şəhərlərində oldu ki, oranın əhalisinin əksəriyyətini də məhz fars mənşəli vətəndaşlar təşkil edir. Halbuki azərbaycanlıların yaşadığı əyalətlərdəki problemlər farsların yaşadığı yerlərdən heç də az deyil. Bu faktın özü də İran hakimiyyətinə yenidən düşünmək üçün bir əsas verir.

Hər halda bir həftəlik bu aksiya islam inqilabı keşikçiləri korpusunun komandiri Məhmməd Əli Cəfərinin də elan etdiyi kimi sona çatdı. Amma İran hakimiyyətinin bundan çıxracağı kifayət qədər dərs var. Minilliklərə söykənən dövlətçilik ənənələrinə malik olan İran yəqin ki, bundan sonra dostunu və düşmənini müəyyənləşdirməkdə daha dəqiq davaranacaq.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda qadından rəfiqəsinə qarşı ŞOK HƏRƏKƏT: kişilərin yanına saldı və...
Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Lalə
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Bakıda təmir olunan evdən silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
Deputatın oğlu məhkəmədə ifadə verib
Deputatın oğlu məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur
reklam
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Əgər bir məmurdan narazılığın varsa... - Millət vəkili
Gəncədə baş verən hadisəni qətiyyətlə pisləyirəm. Bu hadisələr din pərdəsi
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya
Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər
 
XİA.az - TƏQDİMAT