ABŞ-ın Türkiyəyə qarşı dağıdıcı planı… - Şərh

ABŞ-ın Türkiyəyə qarşı dağıdıcı planı…
ABŞ-ın Türkiyəyə qarşı hər hansı bir dağıdıcı mexanizminin olması inandırıcı deyil.

Bunu Kremlin ideoloqu Aleksandr Duqinin ABŞ-ın Türkiyə daxilindəki sabitliyi hədəfə alması ilə bağlı verdiyi açıqlamanı şərh edən politoloq Arzu Nağıyev deyib. Ekspertin fikrincə, Duqinin açıqlaması Rusiya hakimiyyətinin mövqeyi anlamına gəlməməlidir:

“Ümumiyyətlə, Rusiya politoloqlarından başqa belə bir proqnoz verən yoxdur. ABŞ-la Türkiyə tərəfdaşdır və NATO blokunda bir yerdədirlər. İrana qarşı müəyyən addımların atılması, sanksiyaların tətbiq olunması gözlənilən idi. Ancaq Türkiyəyə qarşı belə bir iddialar yoxdur. Hazırda Rusiya Türkiyə ilə əlaqələri daha da möhkəmləndirməyə çalışır. Təbii ki, bu da Vaşionqtonu razı sala bilməz. Ancaq bütün hallarda ABŞ-ın Türkiyəyə qarşı hər hansı bir dağıdıcı mexanizminin olması inandırıcı deyil”.

Sabiq dövlət müşaviri Qabil Hüseynli isə bildirib ki, Duqin vəziyyətdən çıxış yolu kimi Rusiya-Türkiyə-İran-Çin birliyinin möhkəmləndirilməsini ön plana sürür:

“Ancaq hesab edirəm ki, Türkiyə NATO ilə əlaqələrini sıxlaşdırmalı, ABŞ-la münasibətlərinin istiləşməsi üçün səy göstərməlidir. Türkiyənin özündə də yürüdülən siyasətlə bağlı ciddi əndişələr var. Türkiyə hələ o vəziyyətə gəlməyib ki, Duqin kimilər Ankaranın necə siyasət yürüdəcəyi barədə öyüd-nəsihət versinlər. Türkiyəyə qarşı hər hansı təhdid müsbət sonluq vəd etmir”.

Qeyd edək ki, Beynəlxalq Avrasiya Hərəkatının sədri, Rusiyanın ictimai-siyasi xadimi və politoloq Aleksandr Duqin "Aydınlıq" qəzetindəki məqaləsində amerikalıların hədəfinin Türkiyənin daxilindəki stabilliyi pozmaq olduğunu iddia edib.

“Bizim və İranın başına gələnlər göstərir ki, Türkiyə bunun qarşısını ala bilməyəcək. Türkiyəyə təzyiq üçün siyasi şou halına gələcək sanksiyalara hazır olmalısınız. Tək çarə Türkiyənin Rusiya, İran və Çinlə əlaqələrini artırmasıdır. Sanksiyalara hazır olmasanız, bu qərbyönlü qruplara Ərdoğana hücum üçün işarə olacaq”, - A.Duqin qeyd edib. (Axar.az)

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib
İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının
Millət vəkili “Qaçqınkom”un sədri oldu
Millət vəkili “Qaçqınkom”un sədri oldu - DOSYE
Ölkə prezidenti İlham Əliyevin son sərəncamı ilə yeni təyinat alan
reklam
Abid Şərifov vəzifəsiz qalmasından danışdı
Abid Şərifov vəzifəsiz qalmasından danışdı
”Mən uzun illər dövlətə xidmət etmişəm. Bu mənim baş nazirin müavini kimi
Dövlət Şəhərsalma Və Arxitektura Komitəsinin yeni sədri kimdir?
Dövlət Şəhərsalma Və Arxitektura Komitəsinin yeni sədri kimdir? - DOSYE
Samir Rafiq oğlu Nuriyev 1975-ci ilin 9 mart tarixində anadan olub. Yeni
Yola salınan Abid Şərifov kimdir?
Yola salınan Abid Şərifov kimdir? - DOSYE
Bu dəfə isə baş nazirin müavini Abid Şərifov yeni kabinetdə təmsil
 
XİA.az - TƏQDİMAT