Macarıstan baş naziri qaçqınları “müsəlman işğalçılar” adlandırdı

Macarıstan baş naziri qaçqınları “müsəlman işğalçılar” adlandırdı
Macarıstanın baş naziri Viktor Orban Budapeştin bundan sonra ölkəsinə heç bir qaçqını qəbul etməyəcəyini bəyan edib.

XİA.az bildirir ki, bunu baş nazir Almaniyanın “Welt” qəzetinə verdiyi müsahibədə bildirib.

“Biz düşünürük ki, müsəlmanların sayının çox olması paralel cəmiyyətlərin meydana gəlməsinə gətirib çıxaracaq. Biz bu insanlara qaçqın kimi baxmırıq, biz onlarda müsəlman işğalçıları görürük. Multikulturalizm, sadəcə, bir illuziyadır”, – deyə V.Orban bildirib.

Orban bundan əvvəl də dəfələrlə qaçqınların Avropa dövlətləri üçün təhlükə mənbəyi olduğunu vurğulayıb. Bundan savayı, macarıstanlı baş nazir yeni miqrant böhranının baş verməməsi üçün Avropa İttifaqının xarici sərhədlərinin möhkəmləndirilməsinə ehtiyac olduğunu vurğulayıb.

2017-ci ilin sentyabr ayında rəsmi Budapeşt miqrantlara qarşı hündür çəpərlərin inşası ilə bağlı xərclərin yarısının qarşılanması xahişi ilə Avropa Komissiyasının sədrinin adına məktub göndəriləcəyini açıqlayıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Trampın oğlu: Atam kimi heç kimi enerjili görmədim
Trampın oğlu: Atam kimi heç kimi enerjili görmədim
Amerikalı liderin səhhətinə daim nəzarət edən həkimi Roni Cekson da eyni
Xızıda toqquşan maşınların sürücüləri arasında mübahisə olub, bir nəfər qətlə yetirilib
Xızıda toqquşan maşınların sürücüləri arasında mübahisə olub, bir nəfər qətlə yetirilib
Xızının Giləzi qəsəbə sakinləri - 1980-ci il təvəllüdlü Cəfərov Vaqif
Erməni iş adamlarının adı siyahıda
Erməni iş adamlarının adı siyahıda - Sanksiya
Ermənistanda bahalaşmanın əsas səbəbi bu ölkənin işğalçılıq siyasətini
reklam
Neft ucuzlaşdı
Neft ucuzlaşdı
“Brent” markalı neftin 1 barrelinin dəyəri isə 0,07 dollar və ya 0,10%
Tramp Ağ Evdə Nazarbayevlə görüşüb
Tramp Ağ Evdə Nazarbayevlə görüşüb
Həmçinin ABŞ TŞ-də sədrliyin Qazaxıstana keçməsi ilə əlaqədar Tramp və
İran prezidenti İslam dünyası üçün əsas prioriteti açıqlayıb
İran prezidenti İslam dünyası üçün əsas prioriteti açıqlayıb
“İŞİD ekstremist qruplaşmasının məğlub olmasının əsas müsbət tərəflərindən
 
XİA.az - TƏQDİMAT
FAKT