Ərdoğandan Qərbə sərt sözlər: - Ovuclarını yalayacaqlar

Ərdoğandan Qərbə sərt sözlər:
ABŞ terrorçunu Türkiyəyə vermir, bəhanələr uydurur, o zaman onlar da bizdən heç bir terrorçu almayacaq.

XİA.az-ın xəbərinə görə, bunu bu gün 43-cü Muxtarlar Toplantısında Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənlə bağlı məsələyə toxunan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“Mən bu vəzifədə olduğum müddətdə ABŞ Türkiyədən hər hansı terrorçunu ala bilməz”, – deyən Ərdoğan bildirib ki, müsəlman ilan dəliyindən bir dəfə keçər, ikinci dəfə keçməz.

Onun sözlərinə görə, belə strateji ortaqlıq olmaz:

“ABŞ PKK-nın Suriya qolu olan PYD/YPG-yə dörd min yük maşını silah və texnika göndərib. Biz bunu anladırıq, dinləmirlər, necə strateji ortağıq? Biz yeni istiqlal savaşımızı müdafiədən hücuma çevirdik. Bizim burnumuzun ucunda birilərinin terror koridoru yaratmaq cəhdlərinə qarşı səbrimiz tükənmək üzrədir. İndiyə qədər gözləməyimizin səbəbi bu məsələni qarşılıqlı anlaşma ilə çözməyə ümidimizin qalması idi. Ancaq bu yolların getdikcə tükəndiyini, yalnız bir çarənin qaldığını görürük. Bizə verilən sözlərə əməl edilməməsi, gözümüzün içinə baxa-baxa yalan danışılmasına daha dözmək məcburiyyətində deyilik. Suriyada “Fərat qalxanı” əməliyyatı ilə atdığımız addımları bütün sərhədlərimiz boyu genişləndirmək imkanına sahibik”.

Ərdoğan Türkiyənin heç vaxt heç bir ölkənin daxilindəki iqtidar oyunları üçün vasitə olmadığını vurğulayıb. O bildirib ki, Türkiyə ABŞ-ın əsassız siyasətlərinin girovuna çevriləcək ölkə də deyil:

“Qarşınızda nə Osmanlının xəstə adamı, nə 1970-1990-cı illərin gücsüz Türkiyəsi var. Artıq 2071 hədəfinə inanmış bir Türkiyə, böyük və güclü bir Türkiyə var. Artıq qarşınızda yüz milyonlarla qardaşının qəlbi və duası arxasında olan bir Türkiyə var. Artıq qarşınızda “Ya var olacaq, ya öləcəyik!” deyən millət var. 15 iyul hərbi çevriliş cəhdi zamanı təkcə Prezident Sarayı ətrafında 29 övladımız şəhid oldu, 36 qazimiz var. Hərbi təyyarələrin, helikopterlərin, tankların qarşısına çıxaraq canlarını fəda etdilər. Bizə hesab ödətmək istəyənləri meydana çıxmağa dəvət edirik. Bu coğrafiya neçə böyük mədəniyyətlərin, xalqların yaranmasına şahidlik etdiyi kimi, kin abidəsinin də çöküşünü görüb.

Hər kim ki “Suriyadan, İraqdan, Balkanlardan, Orta Asiyadan bizə nə?!” deyirsə, sadəcə, tariximizdən deyil, istiqlal və istiqbal anlayışlarından da xəbərsizdir. Bura bizim gönül dünyamız içindədir.

Mustafa Kamal Atatür “Misakı-Milli sərhədləri” deyən zaman hazırda Suriyada terror koridoru yaradılmaq istənilən yerləri də nəzərdə tuturdu. Ona görə də orada dövlət qurmaq istəyənlər ancaq ovuclarını yalayacaqlar. Özünü fiziki sərhədlər içərisinə həbs edənlər könül bağlarını qırarlarsa, fiziki sərhədlərindən də məhrum olarlar”.

Ərdoğan çıxışında qarşıdan gələn prezident seçkilərinə və AKP-MHP ittafaqına toxunub.

“AKP-MHP seçim ittifaqını milli razılaşma, müttəfiqlik olaraq görürük”, - deyə o bildirib.

oxu.az

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT