Siyavuş Novruzov: - "Aksiyada eyni adamlar iştirak etdilər, eyni fikirləri də səsləndirdilər"

Siyavuş Novruzov:
Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov bu gün Milli Şuranın və Müsavat Partiyasının birgə təşkil etdiyi mitinqə münasibət bildirib.
XİA.az xəbər verir ki, S.Novruzov “Report”a açıqlamasında deyib ki, bu mitinq bir daha Azərbaycanda demokratik, hüquqi islahatlar həyata keçirildiyini, sərbəst toplaşma azadlığının tam təmin olunduğunu göstərdi: “Mitinq iştirakçılarının təhlükəsizliyi polis tərəfindən qorunurdu. Bu istiqamətdə bütün işlər görülür. Aksiyada eyni adamlar iştirak etdilər, eyni fikirləri də səsləndirdilər. Bundan əvvəlki mitinqdə hansı fikirləri səsləndirirdilərsə, bu mitinqdə də həminki fikirləri səsləndirirdilər. Mitinq iştirakçılarının sayında da dəyişiklik yox idi. Yenə də mitinqdə kütləvilik təmin olunmamışdı, çünki xalqın belə mitinqlərə marağı yoxdur”.
YAP rəsmisi belə mitinqlərin uğursuz olduğunu qeyd edib.

Qeyd edək ki, Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) keçirilən mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Vaqif Vəliyev: Prezidentin diqqət və qayğısı teatr işçilərini yaradıcılığa daha da ruhlandırır
Vaqif Vəliyev: Prezidentin diqqət və qayğısı teatr işçilərini yaradıcılığa daha da ruhlandırır
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın martın 1-də
Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi uğurla davam edir
Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi uğurla davam edir
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
Koçaryan: “Əliyev Paşinyanı asanlıqla məğlub etdi”
Koçaryan: “Əliyev Paşinyanı asanlıqla məğlub etdi”
Müsahibəsi zamanı Koçaryan Nikol Paşinyan hökumətinin Dağlıq Qarabağ
reklam
Azərbaycan və İtaliya önəmli tərəfdaşlardır
Azərbaycan və İtaliya önəmli tərəfdaşlardır
Martın 4-də Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə
Prezident Gəncəyə 11 milyon manat ayırdı
Prezident Gəncəyə 11 milyon manat ayırdı
Prezident İlham Əliyev “Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam
 
XİA.az - TƏQDİMAT