Novruz Məmmədov: - Bəs demokratiya harada qaldı?

Novruz Məmmədov:
“Beynəlxalq” Seçki Müşahidə Missiyasının Prezident seçkiləri ilə bağlı bəyanatı ilə tanış oldum. Avropada bəzi qurumların tərəfdaşları ilə əməkdaşlığı hansı cür başa düşdüyünü yaxşı bildiyim üçün bəyanatın məhz indiki variantda verilməsi məni təəccübləndirmədi.

Bunu Azərbaycan prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov sosial şəbəkədəki hesabında yazıb.

“Hər şeydən əvvəl bu qədər şişirtmək heç düzgün deyil, bu necə beynəlxalq müşahidə missiyası oldu? Birincisi, Seçki Müşahidə Missiyasının (nə üçün özünü beynəlxalq adlandırır, başa düşmək olmur) özünün tərkibindəkilərin böyük hissəsi seçki haqqında müsbət fikirdədir.

Bəs demokratiya harada qaldı? İkincisi, seçkini müşahidə edənlərdən – Müşahidə Missiyasından dəfələrlə çoxsaylı və nüfuzuna görə heç də aşağı olmayan digər missiyaları saymamaq (başqa tərəfləri saymamaq bu qurumlarda artıq pis vərdişə çevrilib) və əvvəlcədən hazırlanmış materialı ilkin nəticələr haqqında bəyanat kimi yaymaq (bu da köhnə qaydadır) tərəfdaş ölkənin seçicilərinə və xalqına, onların iradəsinə və seçiminə hörmətsizlikdir”, - deyən N. Məmmədovun sözlərinə görə, əgər Müşahidə Missiyasının bu nümayəndələri hesab edirlərsə ki, bu mövqe milyonlarla seçici tərəfindən qəbul edilər, onlar tam yanılırlar:

“Belə qərəzli, həqiqətdən uzaq qərar qəbul etməzdən əvvəl, bir az da olsa, düşünmək yaxşı olardı”.(oxu.az)

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub
Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstanın Prezidenti xanım
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Avropa Şurasının
reklam
Akşənər:
Akşənər: - Xocalı türk millətinə qarşı olan qətliamdır
Xocalı qətliamı türk millətinə qarşı edilmiş bir qanlı qətliamdır.
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi
TRT World Xocalı soyqırımı ilə bağlı Bakıdan canlı yayım etdi - VİDEOLAR
Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Bakıda keçirilən hüzn
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Tibb Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr
 
XİA.az - TƏQDİMAT