Leontyev Ermənistan barədə dediklərinə aydınlıq gətirib

Leontyev Ermənistan barədə dediklərinə aydınlıq gətirib
Mən hər zaman siyasi efirlərdəki çıxışlarım zamanı şəxsi fikirlərimi ifadə edirəm, “Rosneft”in mövqeyini yox.

XİA.az xəbər verir ki, bunu məşhur rusiyalı jurnalist, teleaparıcı, “Rosneft” şirkətinin mətbuat katibi Mixayil Leontyev RBK-ya verdiyi açıqlamada bildirib.

Leontyev “Komsomolski Pravda” radiostansiyasının efirində səsləndirdiyi fikirlərə aydınlıq gətirib.

“Mən fərdi sahibkaram, mənim öz hüquqlarım və öz mövqeyim var. Məni harasa, tutalım “KP” radiosuna dəvət edirlərsə, mənim öz mövqeyimi ifadə etməyə tam haqqım var. Məni elə buna görə, ora dəvət edirlər.

Mənim bəzən kifayət qədər radikal olan şəxsi fikrimi “Rosneft”in mövqeyi kimi qələmə vermək, fırıldaqçılıq və təhrikçilikdir.”, - deyə Leontyev bildirib.

Xatırladaq ki, Leontyev “KP” efirində ermənilərin Rusiyadan başqa heç kimə lazım olmadığını və ölkənin bütün tarix boyunca Rusiyanın çiyinlərinə düşən əlavə yük olduğunu dilə gətirmişdi.

“Yalnız və yalnız bizim dəstəyimiz hesabına bu gün mövcud olan xalqın bizi xainliklə şantaj etməsinə haqqı yoxdur.

Kimsə ağzını açıb, belə bir fikir səsləndirsə, bunun bir fakt olduğunu anlamalıdır, onların buna haqqı yoxdur.

Biz olmasaydıq, fiziki baxımdan nə erməni nə də Ermənistan olardı. Ümumiyyətlə mövcud olmazdılar”, - deyə Leontyev bildirmişdi.

oxu.az

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT