Bakıda 1-ci Konqresin açılış mərasimi keçirilib

Bakıda 1-ci Konqresin açılış mərasimi keçirilib
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalı ilə beynəlxalq tibbi təş­kilatlar, nüfuzlu səhiyyə ocaqları arasında əməkdaşlıq əlaqələrinin inki­şaf etdirilməsi çərçivəsində son illərdə Dünya Beynəlxalq Cərrahlar Cə­­miyyəti, Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumu (APIMSF) ilə sıx əlaqələr yaradılmışdır.

1988-ci ildə Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində təsis edilmiş APIMSF-nin əsas məqsədi döyüş əməliyyatları, terror hücum­ları, təbii fəlakətlərin nəti­cə­lərinin aradan qaldırılması zamanı cərra­hiy­yə əməliyyatlarını həyata keçirən dünyanın müxtəlif regionlarından olan peşəkar cərrahların təcrübə mübadiləsi üçün beynəlxalq platfor­manın yaradılması, araşdırmalar, görüşlər, nəşrlər vasitəsilə hərbi cər­ra­hiyyə elmi­nin təşviqinin həyata keçirilməsidir.

Bu müddət ərzində APIMSF-nin əhatə etdiyi ölkələrin coğrafiyası genişlənmiş, cəmiyyətin işində Azərbaycanın sərhədçi cərrahlarının fəal iştirakı nəticəsində 2013-cü ildə 22-ci simpozium Bakı şəhərində təşkil edilmişdir. 2015-ci ildə Tailandda keçirilmiş görüşdə DSX hərbi hospitalının rəisi, tibb elmləri doktoru, tibb xidməti polkovnik-leytenantı Kə­nan Yusifzadə Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Fo­rumu­nun 2017-2019-cu illər üzrə prezidenti seçilmişdir.

2018-ci ilin 15 may tarixində Dövlət Sərhəd Xidmətinin təşki­latçılığı ilə Bakı şəhərində Ambruaz Pare adına Beynəlxalq Hərbi Cər­rahlar Cəmiyyətinin 30-cu yubiley görüşünün və 1-ci Konqresinin açılış mərasimi keçirilmişdir.

Açılış mərasimindən öncə konqres iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftal­moloq allim, akade­mik Zərifə xanım Əliyevanın əziz xatirələrini hörmətlə yad etmiş, Şə­hidlər Xiya­banında Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların mə­zarlarını ziyarət etmişlər.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Preziden­tinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik El­çin Quliyev və digər rəsmi şəxslər iştirak etmişlər.

Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başla­mış mərasimdə Azər­­baycan Respublikası Preziden­tinin hüquq-müha­fizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələs­gərov çıxış edərək Azər­baycan Respublikasının Prezidenti cənab İlham Əli­yevin salamlarını konqres iştirak­çılarına çatdırmış, ərazi­mizin 20%-nin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olun­ması barədə məlu­mat vermiş, hazırda Ermənistanın danışıqlarda qeyri-konstruktiv möv­qe göstərməsi və torpaqlarımızı hələ də işğal altında saxlaması sə­bə­bindən sülhə nail olmağın mümkün olmamasını qeyd etmişdir. Cə­nab Fuad Ələsgərov hər­bi cərrahiyyə sa­hə­sində bey­nəlxalq əmək­daşlıq münasibət­lərinin da­ha da genişlən­di­rilməsində Bey­nəlxalq Hərbi Cər­rahlar Fo­ru­­muna uğurlar arzu­la­mışdır.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xid­mə­tinin rəisi ge­ne­ral-polkovnik Elçin Qu­liyev tədbir iş­ti­rakçılarını sa­lam­lamış, Azər­bay­can Respublikası üçün hərbi cər­ra­hiy­­­yənin inkişa­fı­nın əhə­miyyətini xü­susi vurğulamış və bu istiqamətdə qar­şılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd etmişdir.

Daha sonra Amerika Birləşmiş Ştatlarının Milli Hərbi-Tibbi Mərkə­zinin cərrahiyyə departamentinin professoru Mark Bouer, Ümum­dünya Cərrahiyyə Cəmiyyətinin Baş Katibi professor Kenneth Boffard, DSX Hərbi Hospitalının rəisi, Ambru­az Pare adına Beynəlxalq Hərbi Cərrah­lar Fo­rumu­nun Prezidenti tibb xidməti polkovnik-leytenantı Kənan Yu­sif­­zadə çıxış etmişlər.

21 ölkədən - Azərbaycan Respublikası, Almaniya, Amerika Bir­ləş­miş Ştatları, Belarus, Böyük Britaniya, Cənubi Afrika Res­publikası, Fin­landiya, Fransa, Gürcüstan, Xorvatiya, İran, İsrail, Macarıstan, Mol­do­va, Polşa, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Şri-Lanka, Tür­ki­yə və Yunanıstandan 156 iştirakçının qatıldığı beynəlxalq tədbir 4 gün davam edəcəkdir.

Konqres çərçivəsində hərbi cərrahiyyə sahəsində qabaqcıl təcrü­bə­nin mübadi­lə­si, tətbiq edilən innovasiyalar ilə tanışlıq, beynəlxalq tib­bi təşkilatlar, nüfuzlu səhiyyə ocaqları arasında əməkdaşlığın perspek­tivlərinin müzakirəsi həyata keçiriləcəkdir.

Konqresin Fəxri qonaqları sırasında olan Amerika Birləşmiş Ştat­la­rından professor Mark Bouer, Almaniyadan doktor Michael Engel­hardt, Böyük Britaniyadan doktor Mansur Ali Khan, Cənubi Afrika Res­pub­­likasından doktor Kenneth Boffard, Rusiya Federasiyasından pro­fes­sor Pavel Brusov, Xorvatiyadan doktor Zvonimir Lovriç, Türkiyə­dən professor Çağatay Çifter beynəlxalq tədbirin moderatorları və spi­kerləri funksiyalarını yerinə yetirəcəklər.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT