ABŞ konqresində ADR-nin yaranmasının 100 illiyi ilə bağlı - BƏYANAT

ABŞ konqresində ADR-nin yaranmasının 100 illiyi ilə bağlı
May ayının 18-də ABŞ Konqresinin üzvü Skot Perri (Respublikaçı – Pensilvaniya) Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə ABŞ Konqresinin Nümayəndələr Palatasında bəyanatla çıxış edib.
ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata əsasən, 1917-ci il inqilabından və Birinci Dünya Müharibəsi zamanı Rusiya qoşunlarının Qafqaz cəbhəsindən çəkilməsindən sonra, Azərbaycanın 28 may 1918-ci il tarixində öz müstəqilliyini elan etdiyi bəyanatda bildirilir. İlk müstəqilliyinin qısa olmasına baxmayaraq, o zamankı ölkənin indiki Azərbaycanın formalaşması üçün əsas təşkil etdiyi və Azərbaycanın 1991-ci ildə müstəqillik əldə edəndən sonra, regionda və dünyada artan vacib rola malik olduğu vurğulanır.

Bəyanatda qeyd olunur ki, Azərbaycan ABŞ-ın əsas hərbi müttəfiqlərindəndir. Azərbaycan sülhməramlılarının ABŞ və NATO qüvvələri ilə birgə Kosovo, İraq və Əfqanıstanda xidmət etdiyi, bu gün Azərbaycanın Əfqanıstanda NATO-nun Qətiyyətli Dəstək Missiyasında 120 nəfər qüvvəsinin olduğu bildirilir.
Azərbaycanın enerji sektorunda lider olduğu, dünyanın ilk neft quyularından birinin 1848-ci ildə Bakının cənubunda qazıldığı, Azərbaycanın öz təbii ehtiyatlarını inkişaf etdirdiyi, Trans-Anadolu Kəmərini tikməklə Avropanın Rusiyadan qaz asılılığını azaltmağa yardım etdiyi bəyanatda diqqətə çatdırılır. Azərbaycanın zəngin qaz ehtiyatlarının onun “odlar yurdu” kimi tanınmasına gətirib çıxardığı qeyd olunur.

Bəyanatda, ABŞ-ın Azərbaycanın dostluğuna görə minnətdarlıq bildirilir və Azərbaycan xalqına davamlı sülh və əminamanlıq arzu olunur.

Ölkə.Az

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT