Türkiyə parlamentinin spikeri yeni komitə sədriylə görüşdü - “Qarabağ bizim milli məsələmizdir”

Türkiyə parlamentinin spikeri yeni komitə sədriylə görüşdü
















Türkiyə Böyük Millət Məclisinin spikeri İsmayıl Qəhrəman Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycanın Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovu qəbul edib.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, TBMM sədri İsmayıl Qəhrəman Fuad Muradovla bir çox məsələlərlə bağlı fikir mübadiləsi aparıb.

İsmayıl Qəhrəman görüşdə Qarabağ məsələsinə toxunub və bildirib ki, “Qarabağ bizim milli məsələmizdir. Nə yazıq ki, dünyanın gözü önündə böyük haqsızlıq yaşanmaqdadır. Dünya bu və buna bənzər haqsızlıqlara qarşı seyrçi qalmamalıdır”.

Komitə sədri Fuad Muradov isə hər bir azərbaycanlının qəlbinin Türkiyə ilə çırpındığını bildirib. O, deyib ki, “inanıram ki, bu ürəklər birləşib böyük işlər görəcək”.

F. Muradov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən işlərin iki ölkənin gələcəyi üçün edildiyini qeyd edib. Komitə sədri əlavə edib ki, “insanlarımız arasında böyük körpülər var. Bu körpülər ulu öndər Heydər Əliyev tərəfindən qurulub. Bunlar sülh və dostluq körpüləridir”.

Fuad Muradovun səfəri Türkiyə mediasında geniş işıqlandırılıb

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT