Fransa Prezidenti: - Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin tapılması üçün bütün səyləri əsirgəməyəcəyik

Fransa Prezidenti:
Fransa Respublikasının Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Azərbaycanın milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına səadət və firavanlıq diləməkdən və səmimi arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Azərbaycanın 1918-ci ildə bəyan edilmiş və 1991-ci ildə bərpa olunmuş müstəqilliyinin yüz illiyini qeyd etdiyi bir vaxtda, stabil, müasir və çiçəklənən belə bir dövlət qurmaq üçün adətən çətin keçilən yol mənə bəllidir.

Ölkələrimiz arasında bütün sahələrdə əlaqələri möhkəmləndirməkdə qətiyyətli olduğuma Sizi əmin etmək istərdim. Azərbaycan gələcək çağırışların həllində və Avropa İttifaqı ilə yaxınlaşmanın davam etdirilməsində daim Fransanın dəstəyinə arxalana bilər.

Eyni zamanda, icazə verin, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, ədalətli və dayanıqlı həlli yolunun nəhayət tapılması üçün Minsk Qrupunun həmsədri kimi Fransanın bütün səylərini əsirgəməyəcəyini bir daha vurğulayım.

Cənab Prezident, iyul ayının sonunda Sizinlə Parisdə görüşmək ümidindəyəm. Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT