Ermənistan parlamentində Azərbaycana qarşı müharibə repetisiyası qərarı

Ermənistan parlamentində Azərbaycana qarşı müharibə repetisiyası qərarı

Ermənistan parlamentinin sentyabrın 12-də keçirilən iclasında avantürist qərar çıxarılıb. Belə ki, işğalçı ölkənin Milli Məclisinin fövqəladə iclasında Azərbaycana rəsmən müharibə elan edilməsi haqda qərar qəbul olunub. Bununla bağlı Musavat.com erməni mediasına istinadən xəbər verir. Parlamentin mətbuat xidmətinin yaydığı məlumata görə, erməni parlamenti bu qərarı bir gün əvvəl Ermənistan ərazisində başlayan “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində qəbul edib.

Qəbul edilmiş sənəddə deyilir ki, Ermənistan hökumətinin sentyabrın 12-də “Müharibə elan edilməsinin dəstəklənməsi barədə“ təklifini əsas tutaraq, Ermənistan Konstitusiyasının 118-ci maddəsini əsas götürərək, Ermənistan Milli Məclisinin Nizamnaməsinin 105-ci bəndinə əsaslanaraq parlament Azərbaycan Respublikasına müharibə elan etməyi qərara alır.

Qeyd edək ki, Ermənistanda 11 sentyabrdan etibarən “Şant-2018” komanda-qərargah təlimləri keçirilir. Təlimlər 14 sentybaradək davam edəcək. Bu müddətdə ölkə ərazisində hərbi vəziyyət elan edilib. Məlumatda deyilir ki, hərbi təlimlər planlı xarakter daşıyır və müdafiəyə hazırlıq məqsədi daşıyır.

Ancaq Ermənistan parlamentinin bu qərarı Paşinyan hökumətinin işğalı davam etdirməkdə qərarlı olduğunu və danışıqları pozmaq niyyətini nümayiş etdirir. Bu, həm də hakimiyyətin diqqəti daxildəki qarışıqlıqlardan yayındırmaq, xalqın diqqətini “xarici düşmənə” tönəltmək cəhdi də sayıla bilər./ musavat.com

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir
FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 17
Dövlət Miqrasiya Xidmətində təlim
Dövlət Miqrasiya Xidmətində təlim
Təlim miqrasiya orqanları işçilərinin peşəkarlıq səviyyəsinin
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və
reklam
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Latviya Respublikasının ədliyyə naziri Dzintars Rasnaçsın başçılıq etdiyi
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gəlib
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gəlib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
 
XİA.az - TƏQDİMAT