Putin Bakıda: - qısa, amma mühüm səfər

Putin Bakıda:
Rusiya prezidenti Azərbaycanda cüdo yarışını izlədi, prezident İlham Əliyevlə təkbətək görüşdü; Rusiya prezidenti: “Biz həmişə maraqların balansını axtarırıq və onu tapırıq”
Sentyabrın 27-də Rusiya prezidenti Vladimir Putin Bakıya qısamüddətli işgüzar səfərə gəlib. Heydər Əliyev adına Beynəlxalq Aeroportda prezidenti baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Azərbaycan prezidenti İlham Əliyev və ailə üzvləri Rusiya prezidenti ilə birgə Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatının yarışlarına baxıblar. Putin sonra rusiyalı idmançılarla görüşüb, onların məşqçilərinə təşəkkür edib, söhbətin sonunda birgə foto çəkdirib.

Rusiya prezidenti: “Biz həmişə maraqların balansını axtarırıq və onu tapırıq”

Günün ikinci yarısında prezidentlər Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimində iştirak ediblər.

Vladimir Putin çıxışında deyib ki, iki ölkə arasında münasibətlər xeyirxah qonşuluq və qarşılıqlı hörmət üzərində qurulub. “Biz həmişə maraqların balansını axtarırıq və onu tapırıq” deyə, Putin bildirib.

Rusiya prezidenti qeyd edib ki, iki ölkə liderlərinin sentyabrın 1-də Soçidə imzaladığı sənədlər dövlətlərarası əlaqələrin sonrakı quruculuğu üçün əlavə baza yaradır. Putin Azərbaycanda Rusiyanın iştirakı olan 700-dən çox birgə şirkətin fəaliyyət göstərdiyini, Azərbaycana birbaşa Rusiya investisiyalarının həcminin 1.5 milyard dollar olduğunu bildirib.

O qeyd edib ki, 2017-ci ildə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı 12 faiz artıb, bu da yarım milyard dollar deməkdir.

Rusiya prezidenti deyib ki, Azərbaycanda rus dilinə həm dövlət, həm respublika ictimaiyyəti tərəfindən dəstəyi yüksək qiymətləndirir. Rusiya prezidenti xatırladıb ki, Azərbaycanda rus dilində tədris verən 300-dən çox məktəb var. Putinin sözlərinə görə, “ən başlıca baza (rus dilinin dəstəklənməsi) insanların ürəklərində, beyinlərindədir”.

Putin Rusiya ilə Azərbaycanın humanitar əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyini də qeyd edib. Habelə turizm sahəsində təmasların inkişafının əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, Xəzərdə dəniz səyahətini birgə inkişaf etdirmək planlaşdırılır.

Prezident İlham Əliyev də çıxışında iki ölkə arasında iqtisadi münasibətlərin yüksək səviyyəli inkişafından məmnunluğunu ifadə edib. (Prezidentin çıxışı ilə bağlı geniş materialla musavat.com-da tanış ola bilərsiz)

İlham Əliyev: “Rusiya bizim üçün çox mühüm və dəyərli tərəfdaş, dost və qonşudur”

Prezident İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüşü olub. İ.Əliyev deyib ki, Rusiya prezidentinin səfəri xüsusi xarakter daşıyır: “Biz bu gün ilk dəfə olaraq rekord miqdarda - minə yaxın iştirakçı toplayan Azərbaycan-Rusiya Regionlararası Forumunun işində iştirak edirik. Bu da tədbirə göstərilən böyük marağa dəlalət edir”. Azərbaycan prezidenti əlavə edib ki, əməkdaşlığın bütün istiqamətlərində böyük tərəqqi var: “Rusiya bizim üçün münasibətlərimizin ən yüksək səviyyədə olduğu çox mühüm və dəyərli tərəfdaş, dost və qonşudur. Düşünürəm ki, gələcək illərdə biz əməkdaşlığımızı yalnız inkişaf etdirmək, ölkələrimizin biznes qurumları üçün daha yaxşı şərait yaratmaq və bütün istiqamətlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək yolu ilə gedəcəyik”.

Rusiya prezidenti deyib ki, bu yaxınlarda Soçidə görüşsələr də, münasibətlərin yüksək səviyyəsini və həcmini nəzərə alaraq, həmişə danışmağa sözləri var: “Necə deyərlər, MDB-nin sammiti meydanlarında da ünsiyyətimiz gözlənilir. Amma şübhəsiz, çox əladır ki, bu şəraitdən istifadə edərək ikitərəfli münasibətlər haqqında danışmaq imkanı var. Biz hələ Soçidə qeyd etmişdik ki, münasibətlərimiz həm iqtisadiyyat, həm də digər sahələrdə müsbət inkişaf edir. İndi gərək elə edək ki, Sizin Rusiyaya səfərinizin gedişində bizim qarşılıqlı fəaliyyətimizə verilən impuls itməsin və Sizinlə imzaladığımız çox əhəmiyyətli sənədlər işləsin”.

Sonra prezidentlər çay süfrəsi arxasında söhbəti davam etdiriblər.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasına işgüzar səfəri sentyabrın 27-də başa çatıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Səhiyyə naziri Oqtay Şirəliyev sabah Göygöldə vətəndaşları qəbul edəcək
Səhiyyə naziri Oqtay Şirəliyev sabah Göygöldə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 18 oktyabr
Silah-sursatla gələn vətəndaş gömrük postunda saxlanıldı
Silah-sursatla gələn vətəndaş gömrük postunda saxlanıldı
Gömrükçülər psixotrop maddə və silah-sursatın gömrük nəzarətinə bəyan
HHM bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər - VİDEO
HHM bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər - VİDEO
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına
reklam
İran
İran "Qarabağ İslam bölgəsidir" konfransını ləğv etdi - Ermənistana görə
13 oktyabrda İranda keçirilməsi nəzərdə tutulan "Qarabağ İslam bölgəsidir"
Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur
Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur - VİDEO
Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq ölkənin
Baş konsulun rəfləri açıb göstərməsi...
Baş konsulun rəfləri açıb göstərməsi... - Çavuşoğlu
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu səudiyyəli jurnalist Camal
 
XİA.az - TƏQDİMAT