Bakıdan dünyaya Qarabağ çağırışı: - İrəvana təzyiq...

Bakıdan dünyaya Qarabağ çağırışı:

Azərbaycan BMT rəhbərlərinin müharibələrin qarşısının alınması və sülhün qorunması istiqamətində təşəbbüslərini dəstəkləyir, davamlı inkişaf Hədəflərinin yerinə yetirilməsinə sadiqdir və multikulturalizm ideyalarını irəli aparır.

Report xəbər verir ki, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 73-cü sessiyasının müzakirələrində çıxışı zamanı deyib.

Bununla yanaşı nazir BMT tribunasından Azərbaycan ərazilərinin beşdə birinin Ermənistan tərəfindən işğal edildiyini, ölkə əhalisinin doqquzda birinin qaçqın və məcburi köçkün düşdüyünü xatırladaraq beynəlxalq ictimaiyyəti BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin dərhal yerinə yetirilməsinə nail olmaq üçün İrəvana təzyiq göstərməyə çağırıb.

"Ermənistanın yeni rəhbərliyi anlamalıdır ki, Ermənistanın iqtisadi cəhətdən inkişaf etmiş və firavan bir dövlətə çevrilməsinə dair erməni xalqına verdiyi vədləri qonşularla sülh və yaxşı münasibətlər qurmadan, onların suverenliyinə və ərazi bütövlüyünə hörmət etmədən yerinə yetirmək mümkün deyil", - deyə E.Məmmədyarov bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan hesab edir ki, "sülhə, sabitliyə və qarşılıqlı faydalı regional əməkdaşlığa" heç bir alternativ yoxdur.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Səhiyyə naziri Oqtay Şirəliyev sabah Göygöldə vətəndaşları qəbul edəcək
Səhiyyə naziri Oqtay Şirəliyev sabah Göygöldə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 18 oktyabr
Silah-sursatla gələn vətəndaş gömrük postunda saxlanıldı
Silah-sursatla gələn vətəndaş gömrük postunda saxlanıldı
Gömrükçülər psixotrop maddə və silah-sursatın gömrük nəzarətinə bəyan
HHM bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər - VİDEO
HHM bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər - VİDEO
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına
reklam
İran
İran "Qarabağ İslam bölgəsidir" konfransını ləğv etdi - Ermənistana görə
13 oktyabrda İranda keçirilməsi nəzərdə tutulan "Qarabağ İslam bölgəsidir"
Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur
Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur - VİDEO
Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq ölkənin
Baş konsulun rəfləri açıb göstərməsi...
Baş konsulun rəfləri açıb göstərməsi... - Çavuşoğlu
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu səudiyyəli jurnalist Camal
 
XİA.az - TƏQDİMAT