Putinin Paşinyana Qarabağ mesajı: Ordumuzun II paradı...

Putinin Paşinyana Qarabağ mesajı: Ordumuzun II paradı...
Azərbaycan və Ermənistan rəhbərləri arasında konkret məsələlər ətrafında danışıqlar aparılıb və sonda daimi əlaqə yaratmaq barədə razılıq əldə olunub.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Azərbaycan və Ermənistan arasında hərbi insidentlərin baş verməsini önləmək məqsədilə qaynar xəttin yaradılması çox vacib bir qərardır:

“Əks təqdirdə genişmiqyaslı əməliyyatlar regionda hərbi-siyasi vəziyyəti dəyişdirə bilərdi. Rusiya və Minsk Qrupunun digər həmsədrləri də bundan narahat idi. Bundan başqa, Paşinyanın Dağlıq Qarabağa dair son bəyanatları da açıq müharibə şəraitinin yaradılmasına gətirib çıxarırdı. Hesab edirəm ki, Rusiya və həmsədrlər Paşinyana təzyiq göstərməklə böyük bir qarşıdurmanın qarşısını aldılar. Görünür, Moskva Paşinyana bu istiqamətdə davam edəcəyi təqdirdə məsuliyyətin Ermənistanın üzərinə düşəcəyini başa salıb. Məhz bu faktor da Ermənistanı öz mövqeyindən geri çəkilməyə vadar edib”.

Politoloq bildirib ki, qəbul olunan qərarlar danışıqlar prosesinin daha konstruktiv istiqamətdə inkişaf etməsinə şərait yaradacaq:

“Çünki bundan öncə Putinin Ermənistana səfəri gündəmdə idi, ancaq alınmadı. Əslində, bu, Rusiyanın yaranmış vəziyyətdən narahatlıq keçirdiyinə dair Ermənistana bir ismarışı idi. Üstəlik, Azərbaycanın hərbi qüdrətini bu il ikinci dəfə - 15 sentyabrda nümayiş etdirməsi İrəvana ciddi mesaj oldu. Ermənistan da riskləri nəzərə alaraq, geri çəkilməyə qərar verdi”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Səhiyyə naziri Oqtay Şirəliyev sabah Göygöldə vətəndaşları qəbul edəcək
Səhiyyə naziri Oqtay Şirəliyev sabah Göygöldə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 18 oktyabr
Silah-sursatla gələn vətəndaş gömrük postunda saxlanıldı
Silah-sursatla gələn vətəndaş gömrük postunda saxlanıldı
Gömrükçülər psixotrop maddə və silah-sursatın gömrük nəzarətinə bəyan
HHM bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər - VİDEO
HHM bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər - VİDEO
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına
reklam
İran
İran "Qarabağ İslam bölgəsidir" konfransını ləğv etdi - Ermənistana görə
13 oktyabrda İranda keçirilməsi nəzərdə tutulan "Qarabağ İslam bölgəsidir"
Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur
Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur - VİDEO
Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq ölkənin
Baş konsulun rəfləri açıb göstərməsi...
Baş konsulun rəfləri açıb göstərməsi... - Çavuşoğlu
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu səudiyyəli jurnalist Camal
 
XİA.az - TƏQDİMAT