İrəvandan Qarabağ gözləntisi: - konstruktiv addım atmasa...

İrəvandan Qarabağ gözləntisi:

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aktivliyin artması ilə bağlı analitik Elçin Mirzəbəylinin Axar.az-a müsahibəsi:

- Azərbaycan və Ermənistan rəhbərləri arasında Düşənbədə operativ əlaqənin qurulmasına dair mexanizmlərin yaradılması barədə verilən qərar münaqişənin həllinə nə kimi töhfə verəcək?

- Bundan öncə də ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə keçirilən görüşlərdə atəşkəsə əməl olunması ilə bağlı mexanizmlərin təkmilləşdirilməsi üzrə müzakirələr aparılmışdı. Bəlli olduğu kimi, təxribatçı hərəkətlər həmişə Ermənistan tərəfindən həyata keçirilirdi. Azərbaycanın buna tutarlı cavabları nəticə etibarilə Ermənistanın geriyə otuzdurulmasına zəmin yaradırdı. Son zamanlar Ermənistanın təxribatçı hərəkətləri qarşılığında Azərbaycan kifayət qədər sərt cavablar verdi. Təbii ki, Aprel döyüşlərini də buraya aid etmək olar. Ümumiyyətlə, sonrakı dövrlərdə atəşkəsi pozması nəticəsində Ermənistan kifayət qədər itki verdi, xüsusilə də yüksək rütbəli zabitlərini itirdi. Bu aspektdən də indiki şəraitdə Ermənistan atəşkəsə əməl olunmasına xüsusi ehtiyac duyur. Bu faktor tərəflər arasında münasibətlərin normal müstəviyə düşməsi və gərginliyin aradan qaldırılması üçün önəmlidir. Ancaq bu heç bir formada Ermənistana münaqişənin həllini daha da uzatmağa əsas vermir. Əgər bu baş verərsə, o zaman məsuliyyət Ermənistanın üzərinə düşəcək. Şübhəsiz ki, Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün müvafiq tədbirlər həyata keçirəcək. Əslində, Bakı Ermənistanın indiki rəhbərinə şans verir ki, münaqişənin tənzimlənməsi istiqamətində konstruktiv addımlar atsın.

- Cari ilin sonunda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir? Bu görüşdən gözləntiləriniz nədən ibarətdir?

- Təbii ki, regionda yeni bir situasiya yaranacaq. Ermənistanda keçiriləcək parlament seçkiləri bu ölkənin siyasi rəhbərliyi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü isə şübhəsiz ki, növbəti mərhələyə imkan yaradacaq. Düşünürəm ki, növbəti görüşdə danışıqların davam etdirilməsi üçün Azərbaycanın və ATƏT-in Minsk Qrupunun da ortaya qoyduğu əsas prinsiplər işə düşəcək. Yəni söhbət substansiv, məqsədə xidmət edən danışıqların davam etdirilməsindən gedir. Bu istiqamətdə müvafiq addımların atılması üçün imkan yaranacaq. Hesab edirəm ki, xarici işlər nazirlərinin növbəti görüşü Birləşmiş Ştatlarda keçirilən görüşdən daha effektiv olacaq.

- Ermənistanın danışıqlar prosesinə qayıtmasında Rusiyanın rolu istisna edilmir. Bu fonda Moskvadan növbəti həmlə nə vaxt gələcək?

- Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz üzərinə düşən missiyanı həyata keçirsə və Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üçün müvafiq addımlar atsa, şübhəsiz ki, bu, təqdir olunacaq. Ancaq bu, konkret nəticələrdə özünü göstərəcək. Paşinyanın prinsip etibarilə verdiyi açıqlamalar və ritorikası beynəlxalq ictimaiyyət tərəfindən də qəbul olunmadı. Burada xüsusilə Azərbaycanın diplomatik cəhdlərini və ölkə rəhbərliyinin mövqeyini birmənalı şəkildə nəzərə almaq lazımdır. Azərbaycan Ermənistanın danışıqların pozulması istiqamətində davakar ritorikasını beynəlxalq səviyyədə qətiyyətlə pislədi, bunun məsuliyyətinin İrəvanın üzərinə düşəcəyini bəyan etdi. Güman edirəm ki, məsələni yalnız bir istiqamətdə - ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti ilə əlaqələndirmək doğru olmazdı. Bakının prinsipial mövqeyi prosesə kifayət qədər əhəmiyyətli təsir göstərdi.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Səhiyyə naziri Oqtay Şirəliyev sabah Göygöldə vətəndaşları qəbul edəcək
Səhiyyə naziri Oqtay Şirəliyev sabah Göygöldə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 18 oktyabr
Silah-sursatla gələn vətəndaş gömrük postunda saxlanıldı
Silah-sursatla gələn vətəndaş gömrük postunda saxlanıldı
Gömrükçülər psixotrop maddə və silah-sursatın gömrük nəzarətinə bəyan
HHM bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər - VİDEO
HHM bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər - VİDEO
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına
reklam
İran
İran "Qarabağ İslam bölgəsidir" konfransını ləğv etdi - Ermənistana görə
13 oktyabrda İranda keçirilməsi nəzərdə tutulan "Qarabağ İslam bölgəsidir"
Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur
Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur - VİDEO
Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq ölkənin
Baş konsulun rəfləri açıb göstərməsi...
Baş konsulun rəfləri açıb göstərməsi... - Çavuşoğlu
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu səudiyyəli jurnalist Camal
 
XİA.az - TƏQDİMAT