Deputat: "Ermənistan heç bir tədbirə ev sahiblik etmək gücündə deyil" MÖVQE-ÖZƏL

Deputat: "Ermənistan heç bir tədbirə ev sahiblik etmək gücündə deyil" MÖVQE-ÖZƏL

“Ermənistan səfalət içərisində yaşayır və heç bir tədbirə ev sahiblik etmək gücündə deyil”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Aydın Mirzəzadə Frankofoniya təşkilatının İrəvanda sammit keçirməsinə münasibətini bildirərkən deyib.

Deputat bildirib ki, Ermənistan zəif büdcə, eləcə də ölkədəki vətəndaş qarşıdurması ilə hər hansı bir tədbiri yüksək səviyyədə həyata keçirə bilməz: “Sıravi erməni vətəndaşlar ailələrini dolandırmaq üçün xarici ölkələrə üz tutur, oralarda nökərçilik edirlər. Ermənistan dövləti isə xarici ianələr hesabına mövcudluğunu davam etdirir. Belə bir vaxtda bu qədər xarici qonağı qəbul etməyə Ermənistanın nə maddi imkanı, nə də logistik şəraiti var”.

A.Mirzəzadə qeyd edib ki, Frankofoniya təşkilatının İrəvan sammitinin keçirilməsinin özü xarici qonaqların Ermənistandakı faciəvi vəziyyəti öz gözləri ilə görməsi üçün yaxşı bir şərait olacaq: “Amma bununla belə indiki hakimiyyət min bir yolla həm ölkə daxilində, həm də xaricdə özünün söz sahibi olduğunu və yeni sistem qura biləcək gücündə olduğunu göstərməyə çalışır”.
Nailə Məhərrəmova

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikdə Bayraq
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü
reklam
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik
 
XİA.az - TƏQDİMAT