XİN-dən Paşinyanın arvadına xəbərdarlıq - Onlar "qara siyahı"ya salınacaq - VİDEO

XİN-dən Paşinyanın arvadına xəbərdarlıq - Onlar "qara siyahı"ya salınacaq - VİDEO

Ermənistanın baş nazirinin xanımı Anna Hakopyanın guya sülh naminə Rusiyadan bir qrup qadını da cəlb edərək Dağlıq Qarabağa səfəri sərt reaksiya ilə qarşılanıb. Azərbaycan Xarici İşlər Nazirliyi həmin əcnəbi qadınların adının arzuolunmaz şəxslər siyahısına salınacağını bildirib. Ekspertlər də hesab edirlər ki, Ermənistan höküməti bu addımla bölgədə sülhü təhdid edir.

Sülh istəyən erməni qadınları işğal olunmuş Azərbaycan torpaqlarına öz övladlarını göndərməməlidirlər. Bu ifadələr Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan baş nazirinin həyat yoldaşı Anna Hakopyanın Dağlıq Qarabağa səfərini şərhində yer alıb.

Nazirlik hətta həmin səfərdə iştirak edən digər ölkələrin vətəndaşı olan qadınların adlarının arzuolunmaz şəxslər siyahısına salınacağını da bildirib. Azərbaycan Xarici İşlər nazirliyi bu addımın iki ölkə liderinin Düşənbədə aparılan danışıqların ruhuna zidd olduğunu da açıqlayıb.

Dağlıq Qarabağ İcmasının əlaqələndirmə şurasının sədri, professor Elçin Əhmədli məsələyə münasibət bildirib. O qeyd edib ki əslində bu təşəbbüs münaqişənin həllinin uzadılmasına xidmət edir.

Elçin Əhmədov onu da qeyd edir ki, əgər Ermənistan rəhbərliyi həqiqətən sülh istəyirsə və məsələnin sülh ilə həll olunmasına tərəfdardırsa onda onların atmalı olduqları addımlar tamamilə başqa olmalı idi.

Onu da qeyd edək ki, Ermənistan baş nazirinin xanımı Anna Hakopyan bir neçə gün öncə Rusiyadan bir qrup qadınla birlikdə Dağlıq Qarabağa səfər edib. "Qadınlar sülh naminə" adlanan bu təşəbbüsdə Anna Hakopyan guya bu tədbiri gənc əsgərlərin, günahsız insanların ölümünün qarşısını almaq üçün keçirdiklərini bildirib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikdə Bayraq
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü
reklam
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik
 
XİA.az - TƏQDİMAT