Paşinyan sürətlə seçkiyə girir: Kreml çəkildi... - Şərh

Paşinyan sürətlə seçkiyə girir: Kreml çəkildi...
Proseslərin gedişi onu göstərir ki, Ermənistanda seçkilərin keçirilməsinə mane olan daxili qüvvələr olmayacaq və seçkilər keçiriləcək. Paşinyanın hakimiyyətdə möhkəmlənməsi prosesi də beləliklə başa çatacaq.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Çarukyanla imzalanan memorandum Paşinyanın xeyrinə ciddi bir dönüşdür:

“Çiçəklənən Ermənistan Partiyası parlamentdə 30-a yaxın yerə sahibdir. Bu partiyanın üzvləri hökumətdə də təmsil olunurdu. Hazırda onların hökumətdəki nümayəndələri istefa verib. Ümumiyyətlə, bu hadisə ictimai fikirdə çox ciddi rezonans doğuracaq və Paşinyanın reytinqinə də ciddi surətdə təsir göstərəcək. Daşnaksütyun Partiyası da artıq hökumətlə danışıqlara başlayıb və Respublikaçılar Partiyasından uzaqlaşma xəttini tutub”.

Politoloq qeyd edib ki, belə olan halda Respublikaçılar Partiyasının öz daxilindən müəyyən qopmaların yaşanacağını istisna deyil:

“Bir zamanlar müəyyən tərəddüd edənlər və partiyanın sıralarını tərk etmək istəyənlər var idi ki, onlar prosesdən uzaqlaşacaq. Paşinyan da əlindəki inzibati resurslardan istifadə edərək, Respublikaçılar Partiyasının parlamentdə olan üzvlərini müxtəlif şirnikləndirmə yolları ilə özünə çəkəcək”.

Politoloq vurğulayıb ki, Ermənistan cəmiyyətində siyasi konyektura fərqlidir:

“Yəni əhalinin böyük əksəriyyəti Paşinyanı müdafiə etdiyinə görə ayrıca bir partiyanın və ya partiyalar qrupunun ona qarşı mübarizə aparmaq imkanları kifayət qədər məhduddur. Belə olan şəraitdə proseslərin Paşinyanın xeyrinə işləyəcəyini istisna etmək olmaz”.

Politoloqun sözlərinə görə, proseslərə Rusiyanın müdaxilə edəcəyi ehtimalı hiss olunmur:

“Belə görünür ki, onun Putinə verdiyi vədlər və Rusiyadakı erməni diasporunun təsiri ilə Rusiya Ermənistanın daxilində gedən proseslərə müqavimət göstərməyəcək”.

Qeyd edək ki, dünən Ermənistanın Baş naziri Nikol Paşinyan Çiçəklənən Ermənistan Partiyasının lideri, biznesmen Qagik Çarukyanla görüşərək memorandum imzalayıb. Sənədə əsasən, Çarukyan Bloku baş nazir postuna namizəd verməyəcək və növbədənkənar seçkinin bu il dekabrda keçirilməsini dəstəkləyəcək.

Bu gün isə Daşnaksütyun Partiyası ilə hökumətin müzakirələri başlayıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikdə Bayraq
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
İlham Əliyev Lerik rayonunda elektrik stansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü
reklam
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
İlham Əliyev Lerik rayonuna səfərə gəlib
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik
 
XİA.az - TƏQDİMAT