"8 üzv ölkəsi bir-biri ilə müharibə aparan təşkilatın hansı gələcəyi ola bilər?" - Səməd Seyidov

"8 üzv ölkəsi bir-biri ilə müharibə aparan təşkilatın hansı gələcəyi ola bilər?"
Bu müzakirələrin təkcə Avropa Şurasının gələcəyi deyil, eyni zamanda, üzləşdiyimiz böhrandan çıxışa dair müzakirələr olması ilə bağlı həmkarlarımın fikrini bölüşürəm. Biz indiki vəziyyəti bilərək təhlil etməli və hansı istiqamətdə gedəcəyimizi müəyyənləşdirməliyik. Çox vaxt prosedurların dəyişməsi və maliyyə böhranının həllinin bu vəziyyətdən çıxmaq imkanı olması ilə bağlı fikirlər eşidirik.
"Ölkə.Az" xəbər verir ki, bu sözləri AŞPA-nın payız sessiyası çərçivəsində “Avropa Şurasının gələcəyi” mövzusuna həsr edilmiş müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.

Səməd Seyidov qeyd edib ki, Şuranın gələcəyi deyəndə təkcə prosedurlar və maliyyə səbəblərini deyil, eyni zamanda, dəyərləri və münasibətləri düşünməliyik. Məncə üzləşdiyimiz böhran bu son iki amildən irəli gəlir.

“Üzvü olduğumuz bu təşkilata nəzər saldıqda onun 8 üzv ölkəsinin bir-biri ilə müharibədə olduğunu görürük. Belə bir təşkilatın gələcəyini təsəvvür edə bilərsinizmi? Üzvləri bir-biri ilə mübarizə aparan bu təşkilatın gələcəyini necə təsəvvür etmək olar? Bu, çox çətin vəziyyətdir. Təsəvvür edə bilərsinizmi ki, 14 üzvü daim ciddi monitorinq altında olan və digər üzvləri “köhnə demokratiya” adı altında fərqli davranışa malik olan təşkilatın hansı gələcəyi ola bilər?”, - deyə S.Seyidov bildirib.
Nümayəndə heyətinin rəhbəri deyib ki, gələcək haqqında düşünmək üçün dərhal yeni komitə və ya xüsusi ad hoc qrup yaradılmalıdır. Bu böhrandan necə çıxmağa, bütün 47 üzv dövlət üçün qəbul edilə bilən ideyalara baxılmalıdır. Yalnız bu yolla üzvlər bir yerdə ola bilər. Əks təqdirdə, bu təşkilatın gələcəyi böyük sual altında olacaq.

“Ancaq ümid edirəm ki, gələcəyimizi müəyyən etməyə qadirik. Malik olduğumuz çox məhdud vaxt bizə bir-birimizi başa düşməyə, dinləməyə, bir-birimizə qarşılıqlı hörmət etməyə imkan verəcək və gələcəyimizi təmin edə biləcəyik”, - deyə S.Seyidov diqqətə çatdırıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
İlham Əliyev İtaliya Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev İtaliya Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də İtaliya
İlham Əliyev Türkmənistan Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib
İlham Əliyev Türkmənistan Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də
On beş il:
On beş il: - sabit və təhlükəsiz Azərbaycan
Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Beynəlxalq Əlaqələr
reklam
Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşır
Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşır - VİDEO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin
Almaniyanın NİTRO jurnalının əməkdaşları Gəncədə olublar
Almaniyanın NİTRO jurnalının əməkdaşları Gəncədə olublar
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Almaniyanın NİTRO
Niyazi Bayramov məktəbəqədər və orta təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb
Niyazi Bayramov məktəbəqədər və orta təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov körpələr evi-uşaq
 
XİA.az - TƏQDİMAT