Siyavuş Novruzov: - Azərbaycanla Çin arasında siyasi münasibətlərlə yanaşı, iqtisadi əlaqələr də davamlı olaraq genişlənir

Siyavuş Novruzov:

Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti oktyabrn 18-dən Çin Xalq Respublikasında səfərdədir.

Trend-in məlumatına görə, YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Azərbaycan-Çin parlamentlararası əlaqlər üzrə işçi qrupunun rəhbəri Siyavuş Novruzovun rəhbərlik etdiyi nümayəndə heyətinə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev, Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və YAP Gənclər Birliyinin sədri Seymur Orucov daxildir.

Səfər zamanı Azərbaycan və Çin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının görüşü olub. İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirən S.Novruzov əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. S.Novruzov deyib ki, əlaqələrin inkişafında qarşılıqlı rəsmi səfərlərin, imzalanan ikitərəfli sənədlərin mühüm rolu var.

Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının əlaqələrindən bəhs edən YAP İcra katibinin müavini partiyalar arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, həmçinin iki ölkə parlamentlərinin əməkdaşlığlndan da ətraflı bəhs edib, parlamentlər arasında əlaqələrin daim inkişaf etdiyini qeyd edib. S.Novruzovun sözlərinə görə, siyasi əlaqlərlə yanaşı ölkələrimizin iqtisadi-ticarət əlaqələri də davamlı olaraq genişlənməkdədir.

Çin parlamentinin Azərbaycan parlamenti ilə dostluq qrupunun rəhbəri Van Syankuy Çinin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini qeyd edib. İki ölkə arasında dosluq münasibətlərinin yüksək səviyyədə olduğunu deyən V.Syankuy parlamenlərin əlaqlərinin inkişafından məmnunluq ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT