“STAR” Azərbaycan və Türkiyənin beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq” - Deputat

“STAR” Azərbaycan və Türkiyənin beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq”
Azərbaycanın 6,3 milyard dollarlıq yatırımı ilə Türkiyənin İzmir şəhərində açılışı baş tutmuş “Star” neft emalı zavodu iki qardaş ölkə - Azərbaycan və Tükiyənin strateji əməkdaşlığını daha da möhkəmləndirən, hər iki ölkənin iqtisadiyyatına ciddi töhfələr verən möhtəşəm layihədir.
XİA.az xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisin deputatı Azay Quliyev bildirib.

A.Quliyev qeyd edib ki, yeni layihə Azərbaycan və Türkiyənin beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq:

“İki qardaş ölkənin indiyə qədər enerji, nəqliyyat və digər sahələrdə həyata keçirdiyi böyük layihələr regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə xidmət etməklə yanaşı, dünyanın enerji və nəqliyyat xəritəsini yenidən şəkilləndirib, hər iki ölkəni etibarlı təchizatçı və tranzit ölkə durumuna gətirib. Bu baxımdan “Star” layihəsinin təkcə iqtisadi əhəmiyyəti deyil, eyni zamanda, çox böyük siyasi və təhlükəsizlik baxımından əhəmiyyəti var”.
Millət vəkili vurğulayıb ki, indiyə qədər iki qardaş ölkənin birgə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və digər bu kimi iri layihələr hər iki ölkənin həm iqtisadi gücünün, həm beynəlxalq aləmdə olan nüfuzunun artmasına, həm də təhlükəsizliklə bağlı gündəmdə olan məsələlərin həllinə öz töhfəsini verir.

A.Quliyev əlavə edib ki, bu cür nəhəng layihələrin həyata keçirilməsi Azərbaycan ilə Türkiyə arasında dosluq və qardaşlıq münasibətlərinin və hər iki dövlətin liderlərinin güclü siyasi iradəsi nəticəsində mümkün olub:

"Cənab Prezident İlham Əlıyevın söylədiyi kimi, bu gün Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri dünyaya bir nümunədir. Bu gün Azərbaycanla Türkiyənin o qədər ortaq maraqları var ki, hər iki ölkə bir-birinə sıx şəkildə bağlıdır. Həm iqtisadi, həm siyasi, həm mənəvi, həm də mədəni baxımdan Türkiyə ilə Azərbaycan daim bir-birinin yadındadır və əminəm ki, dostluq və qardaşlığımız əbədi davam edəcək”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT