Deputat BMT-ni və həmsədrləri sərt tənqid etdi

Deputat BMT-ni və həmsədrləri sərt tənqid etdi
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən prinsipial siyasətin nəticəsidir ki, beynəlxalq ictimaiyyət tərəfindən münaqişənin həlli məsələsi daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə müvafiq bəyanatlar verilib, mühüm sənədlər qəbul edilib.
XİA.az oxu.az-a istinadla xəbər verir ki, bu fikirləri Xocalıdan olan millət vəkili Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, cari il ərzində dövlət başçısının səfərləri və keçirdiyi mühüm görüşlərdə də Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli prioritetlərdən biri olub.

Onun sözlərinə görə, o cümlədən, prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə paraflanmış Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədində də diqqətə çatdırılıb ki, Avropa İttifaqı və Azərbaycan qarşılıqlı maraqlar və dəyərlər, həmçinin bir-birilərinin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, müstəqilliyi və suverenliyinə münasibətdə hörmət və dəstəyə öhdəliklər əsasında Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə birgə tərəfdaşlıq prioritetlərini razılaşdırdılar.

“Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində konstruktiv mövqe nümayiş etdirməsinə baxmayaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərini və təxribatçı siyasətini davam etdirir. Ermənistan təxribatçı hərəkətlərinə son qoymalı, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.

Eyni zamanda, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın danışıqlar prosesini pozmasına imkan verilməməlidir, bu ölkənin üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi təmin olunmalıdır” - deyən, E.Məmmədov qeyd edib ki, xüsusilə, Qarabağ münaqişəsi ilə bağlı 4 məlum qətnamə qəbul etmiş BMT və onun Təhlükəsizli Şurası, həmçinin, ATƏT-in Minsk qrupu və həmsədrlər öz qərarlarının və missiyalarının məsuliyyətini dərk etməlidirlər:
“Onlar seyrçi mövqe tutmaqdan əl çəkməlidirlər.

BMT Təhlükəsizlik Şurası 4 qətnaməsinin icrasını təmin etməlidir.

Nə vaxta qədər gözləyəcəklər, susacaqlar? Xüsusilə də, Minsk qrupu və həmsədrlər qətiyyətli mövqe nümayiş etdirməlidirlər.

Boş, quru, heç bir mənası olmayan bəyanatlara, vədlərə, turist səfərlərinə bənzər səfərlərə son qoymalıdırlar. Ermənistana ciddi təzyiqlər, sanksiyalar tətbiq etməlidirlər.

Artıq səbrimiz, onlara olan etimad limiti tükənib”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT