Paşinyan Azərbaycan prezidenti ilə dialoqu yoluna qoymaq istəyir - Şərh

Paşinyan Azərbaycan prezidenti ilə dialoqu yoluna qoymaq istəyir
Azərbaycan və Ermənistan arasında qurulan operativ əlaqə erməni rəhbərliyinin konstruktiv mövqeyi halında başlaya biləcək siyasi prosesin texniki elementidir.

Bu fikirləri Oxu.Az-a açıqlamasında hüquq elmləri doktoru, professor Kamil Səlimov erməni tərəfinin Ermənistan və Azərbaycan arasında operativ əlaqənin qurulması ilə bağlı bəyanatını şərh edərkən deyib.

Ekspertin fikrincə, erməni tərəfi bunu siyasi uğur kimi təqdim edərək şişirdir.

“Əlbəttə ki, Paşinyan Azərbaycan prezidenti ilə siyasi dialoqu yoluna qoymaq istəyir. Bu, həlledici faktordur, çünki Azərbaycanla siyasi qarşılıqlı fəaliyyət olmadan onu hakimiyyətə gətirən proqram heç vaxt həyata keçməyəcək”, - Səlimov deyib.

Professor hesab edir ki, Azərbaycan və Ermənistan arasında əlaqələrin qurulması münaqişənin həllində heç bir rol oynamayacaq.

“Əgər Paşinyan bütün beynəlxalq tələblərə və tövsiyələrə, ATƏT-in Minsk qrupunun qərarlarına məhəl qoymayan mövqeyini davam etdirəcəksə, bu əlaqələrin hansı rolundan danışmaq olar? Bu əlaqələr heç bir rol oynamayacaq”, - ekspert əlavə edib.

K.Səlimov əmindir ki, əlaqələr iki ölkə liderlərinin qarşılıqlı anlaşmanın ümumi konseptini tapdığı zaman işləyəcək.

Müsahibimiz qeyd edib ki, bu əlaqələrin effektli olması üçün Ermənistan Azərbaycan rəhbərliyi ilə dialoqu yoluna qoymalıdır.

“Əgər Paşinyan bu sistemin tək nəzəri deyil, praktiki formada da işləməsini istəyirsə, onda o, Azərbaycan tərəfi və şəxsən Azərbaycan prezidenti ilə dialoqu yoluna qoymalıdır. Və münaqişənin həllində konstruktiv mövqe irəli sürməlidir, əks halda, bu əlaqə faydasız olacaq”, - Səlimov əlavə edib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT