"Azərbaycan terrorun nə olduğunu çox yaxşı bilir" - Deputat

"Azərbaycan terrorun nə olduğunu çox yaxşı bilir"
Rusiyanın paytaxtı Moskva şəhərində Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) 10-cu Baş Assambleyası keçirilir.
"Ölkə.Az" xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva və YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov iştirak edirlər.

YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva çıxış edərək bildirib ki, müasir qloballaşma prosesində dövlətlərin iqtisadi, siyasi cəhətdən bir-birinə inteqrasiyası terrorizmin sərhədləri dağıdaraq bütün beynəlxalq aləmdə təhlükə yaratması ilə müşayiət olunur.

Onun sözlərinə görə, Rusiya, Türkiyə, Fransa, Misir, İndoneziya və digər ölkələrdə baş vermiş dəhşətli hadisələr terrorizmin hər bir ölkə üçün ciddi təhlükə olduğunu və dünyada heç bir dövlətin ondan sığortalanmadığını göstərdi:

“Separatizm beynəlxalq terrorizmin bir hissəsidir. Bu gün beynəlxalq terrorizm milli, dini zəmində inkişaf edərək özünü etnik separatizm kimi təzahür etdirir. Dözümsüzlük, radikalizm və ekstremizmə əsaslanan terrorizm hələ də müxtəlif regionlarda sülhə, təhlükəsizliyə, sabitliyə və inkişafa mənfi təsir göstərir. Təəssüf ki, inkişaf edən müasir dünya terrorçulara yeni imkanlar açır: yeni texnologiyalardan, internetdən istifadə etməklə insanların psixologiyasına təsir edərək təbliğat aparır, maliyyə əməliyyatları ilə öz sıralarına gəncləri cəlb edirlər. Terrorizm təkcə bir ölkənin deyil, eyni zamanda, bütün siyasi partiyaların, dövlətlərin və beynəlxalq təşkilatların beynəlxalq hüquqa və insan haqlarına söykənən əməkdaşlığı da daxil olmaqla, ardıcıl və hərtərəfli yanaşma əsasında məğlub edilə biləcək bir şərdir. Bu gün terrorizmin yayılmasının qarşısını almaq üçün ilk növbədə həll olunmamış münaqişələrin aradan qaldırılmasına səy göstərmək, insan hüquqlarının pozulmasına rəvac verən səbəblərə qarşı çıxmaq, etnik və dini diskriminasiya kimi halların baş verməməsi üçün birgə fəaliyyət göstərməliyik. Azərbaycan terrorun nə olduğunu çox yaxşı bilir. Etnik təmizləmələrin, hərbi təcavüzün nəticəsində 20 faiz torpaqlarımız Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Nəticədə 1 milyondan çox insan doğma yurdlarından didərgin düşüb. Ermənistan, həmçinin münaqişə zonasından uzaqda yerləşən bölgələrdə yaşayan mülki əhaliyə qarşı da ictimai nəqliyyatda və mühüm infrastrukturun yerləşdiyi məkanlarda da terror aktları törətməklə savaş aparıb”.
Sevinc Fətəliyeva onu da qeyd edib ki, hazırkı dövrdə dini savadsızlıqdan etnik, dini münaqişələrin alovlanmasında istifadə olunur:

"Bu isə ekstremizmin və terrorun yayılmasına səbəb olan radikalizmi, islamofobiyanı daha da gücləndirir. Bütün millətlərin və dini konfessiyaların nümayəndələrinin sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı çoxmillətli və çoxkonfessiyalı ölkə olaraq Azərbaycan sivilizasiyalararası dialoqa töhfə verməyə çalışır. Ölkəmiz müxtəlif dinlər arasında daha yaxşı anlaşmanın təmin olunmasına xidmət edən çoxsaylı işlər görür. Terrorizm beynəlxalq sülhə və təhlükəsizliyə, insan haqlarına, demokratiyaya, dövlətlərin siyasi müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasına ciddi təhdiddir. Səbəbindən asılı olmayaraq heç bir terrorizm aktına haqq qazandırıla bilməz. Dövlətlər arasındakı münaqişələr, hərbi aqressiya, separatizm və ekstremizmin yayılması terrorizm üçün əlverişli şərait yaradır və siyasi partiyalar üçün mübarizə hədəflərindən biri olmalıdır. Bu gün Azərbaycan nəinki öz təhlükəsizliyini, eləcə də regionda baş verən hadisələrə müsbət mənada təsir etməklə, sülhün bərqərar olması istiqamətində fəaliyyət göstərir. Çünki terrorizmdən əziyyət çəkən bir dövlət olaraq ölkəmiz onun necə bir bəla olduğunu yaxşı anlayır və hesab edir ki, terrorizmin və terrorçunun milliyyəti, dini yoxdur, ona qarşı mütərəqqi dünyanın münasibəti eyni olmalıdır. İnsan həyatının nə qədər dəyərli olduğunu nəzərə alaraq, insanlığın qorunması üçün, münaqişələrin beynəlxalq hüquqa, qəbul edilmiş normalar və prinsiplər əsasında həll edilməsi, ölkələrimizdə sabitlik, təhlükəsizliyin təmini, gələcək nəsillərin sülh şəraitində yaşamalarının güclü əsasını qoymaqdan ötrü bu gün hər bir siyasi partiya da üzərinə düşən məsuliyyəti dərk etməlidir”.

Qeyd edək ki, ICAPP-ın 10-cu Baş Assambleyası işini oktyabrın 27-də yekunlaşdıracaq.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT