Bahar Muradova: - Necə ola bilər ki, insanlar alver hədəfinə çevrilsin?

Bahar Muradova:
Azərbaycan parlamenti insan alverinə və qaçaqmalçılığa qarşı mübarizədə qanunvericilik aktlarına müvafiq əlavə və dəyişikliklər edib və bu sahədə çox ciddi addımlar atıb.

Bunu Milli Məclisin (MM) vitse-spikeri Bahar Muradova parlamentdə “İnsan alveri və qaçaqmalçılığa çoxsahəli yanaşmalar: Beynəlxalq və milli qanunvericilik və operativ baza” adlı konfransda deyib.

B.Muradova qeyd edib ki, Azərbaycan bu istiqamətdə BMT-nin müvafiq konvensiyasına qoşulub:

“Bu konvensiyanın və ondan irəli gələn protokolların üzərimizə qoyduğu öhdəliklər bizi daha ciddi əməkdaşlığa sövq edir və hesab edirəm ki, bu əməkdaşlıq həm beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli, həm də ikitərəfli münasibətlər üçün çox faydalıdır. Parlament hər zaman bu məsələnin çox ciddi müzakirə olunduğu bir məkandır. Parlament həm regionu, həm də ölkəmizi və dünyanı narahat edən məsələləri çox ciddi müzakirə edib və bundan irəli gələn qanunvericilik aktlarına əlavə və dəyişikliklər edib”.

Vitse-spiker bildirib ki, bu bəlaya qarşı mübarizə daha da gücləndirilməlidir:

“Biz bu təhlükəyə qarşı ona görə əməkdaşlıq və tərəfdaşlıq etməliyik ki, bu qəbildən olan cinayətlər insana qarşı cinayətlər içərisində ən qəddarıdır. Necə ola bilər ki, müasir inkişaf səviyyəsində insanlar digər qrup insanlar və yaxud da dairələr tərəfindən alver hədəfinə çevrilsin, qurbana çevrilsin, alçaldıcı rəftara məruz qalsın, dilənçiliyə, itaətkarlığa məcbur edilsin?"

B.Muradova əlavə edib ki, Azərbaycan regionda özünəməxsus yeri, rolu olan, həm iqtisadi cəhətdən, həm də siyasi, humanitar əlaqələrin intensivləşməsi baxımından özünün yürütdüyü siyasət nəticəsində regionda seçilən bir ölkədir. Azərbaycan dünyanı və regionu narahat edən məsələlərə öz töhfəsini verir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT