Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib

Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib
Oktyabrın 31-də Hyatt Konfrans Mərkəzində Dövlət Gömrük Komitəsi rəhbərliyinin Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüşü keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri və komitənin müvafiq qurumlarının əməkdaşları, Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, palatada təmsil olunan işadamları, ölkəmizdəki diplomatik nümayəndəliklərin əməkdaşları iştirak ediblər.

Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann görüşün təşkilində göstərilən dəstəyə görə Dövlət Gömrük Komitəsinə təşəkkürünü bildirib və tədbirin məqsədi, müzakirə olunacaq məsələlər barədə məlumat verib.

Görüşdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Ticarәtin asanlaşdırılması üçün aparılan gömrük islahatları" mövzusunda çıxış edərək, gömrük sistemində aparılan islahatların mahiyyəti, bu islahatların beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsindəki rolu və XİF iştirakçılarına faydalarından bəhs edib. Komitə sədri Alman-Azərbaycan Xarici Ticarət Palatasının İmpuls tədbirinin gömrük-biznes əməkdaşlığında əlverişli mühitin yaranmasına, gömrük sisteminin təkmilləşdirilməsi ilə bağlı bütün maraqlı tərəflərin ehtiyaclarının öyrənilməsinə, problemli məqamların müəyyən edilməsinə və dayanıqlı həllərin işlənib hazırlanmasına xidmət göstərəcəyinə əminliyini ifadə edib.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən iqtisadi təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirilən islahatlar gömrük orqanlarının da dinamik və çevik inkişafına şərait yaradıb.

Daha sonra gömrük orqanları tərəfindən sahibkarlıq mühitinin yaxşılaşdırılması, şəffaflığın təmin olunması, gömrük prosedurlarının, malların sərhədkeçmə prosesinin sadələşdirilməsi və digər sahələrdə görülən işlər barədə məlumat verilib. Bildirilib ki, gömrük işinin səmərəliliyinin artırılması məqsədilə bir sıra dövlət və özəl qurumlar, sahibkarların təmsil olunduğu ictimai birliklərlə memorandum və protokollar imzalanıb.

"Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqindən bəhs edən Komitə sədri, bu tətbiqin vaxt və əlavə vəsait itkisinin aradan qaldırılmasına, idxal-ixrac əməliyyatlarının maneəsiz və asan şəkildə həyata keçirilməsinə, vətəndaş-məmur təmasının minimuma endirilməsinə şərait yaratdığını vurğulayıb.

Gömrük sistemində tətbiq edilən yeniliklər və layihələr barədə ictimaiyyətin, sahibkarlıq subyektlərinin vaxtında və düzgün məlumatlandırılması üçün kütləvi informasiya vasitələri ilə əlaqələrin gücləndirildiyi bu məqsədlə jurnalistlər üçün seminarların təşkil edildiyi, ölkənin aparıcı media qurumlarının təmsilçilərinin iştirakı ilə gömrük-sərhəd buraxılış məntəqələrinə media turların təşkil olunduğu diqqətə çatdırılıb.

Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının "Ümumi Tranzit Konvensiyası"na qoşulması istiqamətində mütəmadi olaraq işlər aparıldığı qeyd olunub və prosesin ən qısa zamanda başa çatdırılacağı, bununla da avrozonada yerləşən ölkələrlə ticarət əməliyyatlarının sürətli və maneəsiz şəkildə həyata keçiriləcəyi, ölkəmizin tranzit potensialının artacağı bildirilib.

Gömrük sistemində aparılan modernləşmənin növbəti istiqamətlərindən birinin də tranzaksiya əsaslı gömrük nəzarəti təcrübəsindən özünü qiymətləndirməyə əsaslanan könüllü riayət təcrübəsinə keçid olduğu vurğulanıb və vergi ödəyiciləri arasında könüllü riayət psixologiyasının formalaşdırılması, onlarda mütəmadi özünü qiymətləndirmə sisteminin tətbiqinin aşılanmasının faktiki olaraq büdcə gəlirləri ilə bağlı müəyyən edilmiş vəzifələrin icrasında daha effektiv metod olduğu diqqətə çatdırılıb.

Komitə sədri aparılan struktur islahatları çərçivəsində daha çevik və dinamik idarəçilik sisteminin tətbiq edildiyini, qabaqcıl ölkələrin təcrübəsinə əsaslanan bu yenilik nəticəsində gömrük prosedurlarının daha sürətli və şəffaf şəkildə həyata keçirildiyini qeyd edib.

Hazırda gömrük orqanlarında informasiya texnologiyalarından səmərəli şəkildə istifadə edildiyi, kağızsız texnologiyaya geniş yer verildiyi, hər hansı sahibkarın internetə çıxışı olan istənilən məkandan gömrüklə bağlı əməliyyatları yerinə yetirmək imkanına malik olduğu da diqqətə çatdırılıb. O da bildirilib ki, hazırda 14 elektron xidmət elektron hökumət portalı da sahibkarların istifadəsinə verilib. Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilən "Elektron gömrük bəyannaməsi" elektron xidmətlərin istifadəsinin reytinq cədvəlinə görə 2-ci pillədədir.

Daha sonra tədbirdə iştirak edən sahibkarların fikir və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Tədbirin sonunda "BDO Azərbaycan" MMC şirkətinin nümayəndələri tərəfindən "Azərbaycanda hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair yol xəritəsinin tətbiqinə dəstək" adlı təqdimat nümayiş olunub.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT