Nikolun "Bakının marağı da təmin olunmalıdır" fikri... - ŞƏRH

Nikolun "Bakının marağı da təmin olunmalıdır" fikri...
Qərb nümayəndələrinin Azərbaycanda investisiya, geosiyasi maraqları var. Qərb siyasiləri başa düşürlər ki, Azərbaycanda sabitliyin olması, bütövlükdə elə regionun özündə sabitliyin olması anlamındadır.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu “Yeni Müsavat”a Qərbin Cənubi Qafqaz ölkələri ilə bağlı fikirləri barədə danışarkən deyib.

Politoloq bildirib ki, hazırda Qərb siyasilərinin gözündə Azərbaycan kifayət qədər üstün görünür:

“Ermənistanda və zamanında Gürcüstanda baş verən hadisələr orada kifayət qədər böyük xaos yaradıb. Bu fonda Azərbaycanda sabitlikdir. Onlar da görürlər ki, Gürcüstan və Ermənistanda hansı hadisələr baş verir. Azərbaycandakı sabitlik hazırda Qərb üçün çox önəmlidir, bu, böyük dəyərə, əhəmiyyətə malikdir. Bu kontekstdə deyim ki, bizim rəsmilərimiz bu sahəyə diqqəti bir qədər də artırsalar, yaxşı olar. Təbii ki, Azərbaycanda sabitlikdir və ölkənin bu sabitliyinin müəllifi Prezident İlham Əliyevdir”.

M.Əhmədoğlu bildirib ki, biz hazırda hansı məsələdə daha önə keçə biləcəyimizi düşünməliyik:

“Avropada da bilirlər ki, hansı anda, nə baş verəndə ölkə prezidentinin hazırladığı konsepsiyaya uyğun olaraq köməkçiləri, ayrı-ayrı nazirlər və digərləri necə işləyir. Ona görə də hesab edirəm, məsələni mümkün qədər gündəliyə gətirməliyik. Həmçinin, bizim konsepsiyalarımızdan həm də Ermənistan və Gürcüstan da nəticə çıxarmalıdır. Fikir verin, Paşinyanın son dövrlərdəki bəyanatlarında Azərbaycanla əlaqəli kifayət qədər ikibaşlı ifadələr var. Paşinyan deyir ki, Dağlıq Qarabağ tənzimlənməsi elə olmalıdır ki, bu, Azərbaycan xalqının da maraqlarına cavab versin. Yəni o öz xalqına müəyyən şeyləri aşılayır. Hazırda əlverişli andır: Azərbaycanın sabitlik yaratma mexanizmlərini açıq təqdim etməsi Ermənistanın da kompromisə gəlməsi üçün bir vasitə ola bilər. Bizim təkcə iqtisadiyyatımız deyil, həm də idarəetmə mexanizmimiz Ermənistanın bir dövlət kimi məhv olmamasını düşünən ermənilər üçün də maraqlıdır. Ona görə də bu istiqamətdə xeyli işlər aparılmalıdır”./axar.az

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu
İlqar Rəhimovun 25 illik hökmranlığının sonu - nazir müavinini bitirən səbəblər
ƏƏSMN-in “boz kardinalı” hesab olunan İlqar Rəhimov nazirlikdəki
Bu gündən ölkə qış rejiminə keçir
Bu gündən ölkə qış rejiminə keçir - dövlət qurumları "hazırıq" deyir
Noyabrın 15-dən sonra ölkədə qış rejiminə keçilir. Bu gündən etibarən
reklam
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
Azərbaycan 2019-cu ildə 25 ixrac missiyası təşkil etməyi planlaşdırır
O əlavə edib ki, ixrac missiyaları həm Azərbaycan məhsulları üçün ənənəvi
Padarçöldə yük maşını aşdı
Padarçöldə yük maşını aşdı - Yaralanan var
XİA.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil
Qobustanda  ev yanıb
Qobustanda ev yanıb
Qobustan rayonunun Cəngi kəndində ev yanıb.
 
XİA.az - TƏQDİMAT