"YAP-ın uğurlarının təməlində sözlə əməl birliyi dayanır" - Bayram Səfərov

"YAP-ın uğurlarının təməlində sözlə əməl birliyi dayanır"
Şuşa Rayon İcra Hakimiyyətinin və YAP Şuşa rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bu barədə "Ölkə.Az"-a Şuşa Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov, aparatın məsul əməkdaşları, rayonun icra strukturlarının, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərləri, YAP fəalları, gənclər iştirak ediblər.

Əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin İctimai Birliyinin mərkəzi qərargahındakı büstü önünə gül dəstələri düzüblər.

YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev çıxış edərək Partiyanın 26 il ərzində keçdiyi şərəfli yoldan, rayon təşkilatının fəaliyyətindən, ictimai-siyasi tədbirlərdə iştirakından danışıb. Bildirib ki, 2300 üzvü olan YAP Şuşa rayon təşkilatının Qadınlar Şurası və Gənclər Təşkilatı da fəaliyyət göstərir.
Rayon icra hakimiyyətinin başçısı Bayram Səfərov ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə həyatını Azərbaycan Respublikasının inkişafına, dünya dövlətləri arasında layiqli yer tutmasına həsr etməsindən, millətin gələcəyinə, təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına hər zaman qayğı ilə yanaşmasından, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı uğurlu daxili və xarici siyasətdən, sıralarında yüz minlərlə üzvü birləşdirən YAP-ın əsl ümumxalq partiyasına çevrilməsindən bəhs edib. B.Səfərov Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirdiyini, ölkəmizin sosial-iqtisadi qüdrətinin gündən-günə artdığını, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyini diqqətə çatdırıb.

O vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının uğurlarının təməlində sözlə əməl birliyi dayanır.

Sonra YAP-ın sıralarına qəbul olunmuş bir qrup gəncə vəsiqələr təqdim edilib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT