“Türkiyə və Rusiyanın ortaq Qarabağ prosesini Lavrov pozub” - politoloq

“Türkiyə və Rusiyanın ortaq Qarabağ prosesini Lavrov pozub”

Qabil Hüseynli: “ABŞ-a Dağlıq Qarabağ probleminin həlli hava-su kimi lazımdır”

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Dağlıq Qarabağ probleminin həlli üçün Rusiya ilə Türkiyə arasında çox ümidverici müzakirələr getdiyini, lakin hansısa qüvvənin müdaxiləsi nəticəsində prosesin dayandığını açıqlayıb. Bu açıqlamanın kifayət qədər yüksək ranqlı şəxs tərəfindən verilməsi həqiqətən də ciddi prosesin getdiyinə şübhə yeri qoymur. Prosesin dayanmasına səbəb olan qüvvənin konkret kim və ya hansı dövlət olmasını isə Kalın açıqlamayıb.

Politoloq Qabil Hüseynli bu barədə “Yeni Müsavat”a şərhində bildirib ki, Türkiyə ilə Rusiya arasında Qarabağla bağlı prosesin getdiyi bilinirdi: “Amma bu prosesdə əslində Rusiya səmimi deyildi. Sadəcə olaraq, ”Türk axını" layihəsinin həyata keçirilməsi, S400 raketlərinin Türkiyəyə satılması və sair məsələlərdə Rusiya istəyinə nail olmaq üçün Türkiyənin bəzi istəklərinə pozitiv reaksiyalar, vədlər verə bilərdi. Amma bu vədlər səmimi deyildi. Zənnimcə, prosesin başında Rusiyanın xarici işlər naziri Sergey Lavrov dayanırdı və o bu prosesdə sadəcə, Rusiyanın müəyyən qayğılarının həllindən sonra prosesə elə Rusiya tərəfindən Lavrovun simasında “yox” deyildi. Bəhanə isə bu oldu ki, guya Dağlıq Qarabağ məsələsi beynəlmiləlləşib, beynəlxalq güclərin nəzarəti altındadır, bu, tək Rusiyanın sərəncam verə biləcəyi bir şey deyil, bu, mütləq ATƏT, BMT və digər böyük güclərlə razılaşdırılmalıdır. Beləliklə, məncə prosesə ən ağır zərbəni Lavrov vurub. Bundan başqa Rusiyada güclü erməni lobbisi var. Bu lobbi yəqin ki, Kremlin təsir altına düşə biləcək yerlərini bilirlər və o səbəbdən də təkcə Lavrovun vasitəsilə deyil, digər yollarla da Putinə yol tapa bildikləri istisna deyil. Erməni lobbisi istisna deyil ki, Türkiyə ilə Dağlıq Qarabağ məsələsində razılaşmalar olacağı halda Ermənistanın Rusiyanın əlindən çıxacağı kimi rəy yarada biliblər".

Q.Hüseynlinin sözlərinə görə, Rusiya tərəfi nə zaman Dağlıq Qarabağla bağlı normal bir prosesin dayanmasını istəyibsə, “Kompromis variantlar münaqişə tərəflərinin özləri öz aralarında tapmalı və razılığa gəlməlidirlər” kimi açıqlamalar veriblər. Yəni Dağlıq Qarabağ məsələsinin həllinə əngəl yaratmaq istəyəndə çoxsaylı bəhanələr irəli sürürlər. Böyük ehtimalla bu dəfə də Türkiyə ilə aparılan prosesi dayandırmaq üçün yuxarıda qeyd etdiyimiz və ya başqa hansısa bəhanələrlə istəklərinə nail olublar. Bu dəfə rosesin alına bilməyəcəyi də ilk dəfə Sergey Lavrov tərəfindən ifadə olunmuşdu.

Rusiya onu da bilirdi ki, Türkiyənin iştirakı Dağlıq Qarabağ məsələsinin həlli həm də bölgədə Türkiyənin təsirinin ciddi şəkildə artması demək olacaq. Bunu isə başda Sergey Lavrov olmaqla, Moskva istəmir".

Politoloq vurğuladı ki, bir çox sadə insanlar İbrahim Kalının adını çəkmədiyi qüvvənin ABŞ olduğunu zənn edir, lakin bu yanlışdır: “ABŞ bölgəyə nüfuz etmək, öz təsirini gücləndirmək istəyir. Bunun üçün də ABŞ-a Dağlıq Qarabağ probleminin həlli hava-su kimi lazımdır. Düzdür, o, problemin həllində hələ ki, bütün kartları açmasa da, Rusiyadan fərqli olaraq daha cəlbedici, daha beynəlxalq hüquq normalarına uyğun olan həll variantını təklif edir - Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş rayonlardan erməni qoşunlarının çıxarılması kimi təklifi irəli sürür. Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlardan erməni qoşunları çıxarılmalıdır fikrini Ermənistanda ABŞ-ın səfiri də, ABŞ prezidentinin köməkçisi Con Bolton və digər amerikalı rəsmilər bu yaxınlarda açıq dilə gətirdilər. Bununla ABŞ Azərbaycanın 7 rayonun Ermənistan tərəfindən işğal edildiyini rəsmən dilən gətirmiş oldu və işğala son qoyulmasını istədiyini ifadə etdi. Bu mövqeni ATƏT-in Minsk qrupunun digər iki həmsədri olan ölkədən eşidə bilmirik. Belə olduğu halda Amerika münaqişənin həlli istiqamətində Türkiyə ilə aparılan prosesə mane olmaq istəməzdi. Mən bu fikirlərlə ABŞ-ın mövqeyinin tam olaraq bizim arzularımıza, maraqlarımıza uyğun gəldiyi iddiasında deyiləm, amma məsələ burasındadır, bu gün Amerika Fransadan da, Rusiyadan da səmərəli həll variantı təklif edir və mövqe nümayiş etdirir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT