Ziyafət Əsgərov: - “Dövlətimiz və Prezidentimiz də bu məsələdə maraqlıdır”

Ziyafət Əsgərov:
“Azərbaycan Ordusunun 4 nəfərdən ibarət hərbi heyətinin "qərargah zabit" və "hərbi müşahidəçi" qismində UNMİSS-in komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında layihə Milli Məclisdə müzakirə edilib.
“Ölkə.Az” xəbər verir ki, layihə barədə birinci vitse-spiker Ziyafət Əsgərov məlumat verib.

Z.Əsgərov Kosova, İraq,Əfqanıstanda Azərbaycan sülhməramlılarının iştirakına diqqət çəkib:

“Bu əməliyyatlara NATO komandanlığı rəhbərlik edir. Bütün proseslər BMT-nin Təhlükəsizlik Şurasının mandatı altında həyata keçirilir. Bizə təqdim edilən layihədə bu missiyanı BMT öz üzərinə götürür. Bu missiyaya qoşulmaqla Azərbaycan dövləti və Prezidenti sülhsevər siyasətini ortaya qoyur. Biz istəyirik ki, bütün ölkələrdə sülh olsun. Dövlətimiz və Prezidentimiz də bu məsələdə maraqlıdır. Bu məsələnin Milli Məclisdə təsdiqi təklif edilir. Biz bir daha təsdiq edirik ki, BMT-nin qarşıya qoyduğu məqsəd və vəzifələrə sadıqik.Biz də çox istərdik ki, BMT Təhlükəsiz Şurası Azərbaycana münasibətdə qəbul etdiyi qərarların icrasına daha məsuliyyətlə, daha ciddi yanaşsın”.

Layihə səsə qoyularaq qəbul edilib.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT