ABŞ Türkiyəni seçim qarşısında qoydu: - “Ya Qərb, ya da Rusiya...”

ABŞ Türkiyəni seçim qarşısında qoydu:

Əhəd Məmmədli: “Ankara da ABŞ-a onunla PKK arasında seçim tələbi qoymalıdır”
Türkiyə Rusiya və Qərb ölkələri arasında seçim etməlidir. Trend-in məlumatına görə, bu barədə ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsinin yeni rəhbəri Ceyms İnhof bildirib. C.İnhof deyib: “Əgər Türkiyə F-35 proqramında qalmaq istəyirsə, onlar Rusiyadan S-400 sistemləri almaqdan imtina etməlidirlər”.

O əlavə edib ki, Türkiyə ABŞ-ın NATO üzrə çox mühüm tərəfdaşıdır və onlar bu statusa uyğun fəaliyyət göstərməlidir: “Türkiyə Rusiya və Qərb arasında seçim etməlidir”. ABŞ Senatı rəsmisinin bu açıqlamasından göründüyü kimi, qardaş ölkə açıq şəkildə seçim qarşısında qoyulur.

Politoloq Əhəd Məmmədli bildirdi ki, ABŞ üçün başqa ölkələrin daxili işlərinə qarışması viski içmək kimi bir şeydir: “ABŞ-ın bu cür reaksiyasına təəccüblənmək lazım deyil. Vaşinqton öz ampulasındadır. ABŞ Türkiyənin Rusiya və Qərb arasında seçim etməsini istəyir. Lap yaxşı. Onda cavabında Ankara da ABŞ-a onunla PKK arasında seçim etmək tələbini irəli sürməlidir. ABŞ Suriyada PKK-YPQ-PYD terror təşkilatına 5 min ”Tır" havayı silah göndərib. 5 min tır silah-sursat bilirsiniz nə deməkdir? Bir “Tır”ın uzunluğu 25 metr civarındadır. 5 min tır silah Azərbaycan kimi ölkənin silah-sursatından daha çox deməkdir. Burada deyərlər, ayıbına kor ol. Türkiyə Rusiyanın qırıcısını vuranda NATO Ankaranı Moskva ilə üz-üzə qoydu - baxmayaraq ki, NATO nizamnaməsinə uyğun olaraq üzvü Türkiyənin yanında olmalı idi. Avropa Birliyi paytaxtı Brüsseldə parlament binasının yanında PKK-ya dəstək olaraq çadır qurulur. ABŞ-la bərabər Almaniya, Fransa, İsrail PKK terror təşkilatı ilə sıx təmasda olur, terrorçuları silahlandırıb onlara hərbi təhsil verib Türkiyənin üstünə salırlar. Amerika başda olmaqla Qərbin mənəvi haqqı yoxdur Türkiyə ilə tələblə danışmağa. Türkiyə ancaq bir halda Rusiya ilə yenidən əməkdaşlığa baxar: o da Qərb ölkələri birdəfəlik PKK ilə bütün təmaslarını kəsdiyi halda. Bu günlərdə Argentinada keçirilən G20 ölkələrinin sammitində Ərdoğanla Putin yenə də təkbətək görüs keçirdilər. Putin Türkiyəni vacib tərəfdaş adlandırdı. Ağ Evdə də yaxşı bilirlər ki, Türkiyə artıq o Türkiyə deyil ki, onunla hədə-qorxu dili ilə danışasan. Sadəcə, Vaşinqton bununla göstərmək istəyir ki, S-400 məsələsində çox narazıdır. Zatən F-35 razılaşması da ABŞ-ın ucbatından baş tutmadı.

Türkiyə F-35 kodunu istədi, bunu ona vermədilər. Türkiyə Səudiyyə Ərəbistanı deyil ki, Amerikadan milyardlarla silah alsın və o silahların kodu onlara verilməsin. Əgər aldığın silahların parolu sənə verilmirsə, o silahların səndə olmasının heç bir mənası yoxdur. Kamalistlərin dövründə Türkiyə də Səudiyyə vəziyyətində idi. Şükürlər olsun ki, artıq o qara dövrlər qardaş ölkə üçün geridə qalıb. Artıq Türkiyə müstəqil siyasət sürür, ona görə də fərqi yoxdur. ABŞ və ya Rusiyadan aldığı silahların kodunu istəyir. Türkiyənin buna cavabı yuxarıda qeyd etdiyim kimi, PKK və onu Suriya uzantısı YPQ ilə ABŞ-ın bütün əlaqələrinin kəsilməsi olmalıdır. Türkiyə tərəfindən Menbic əməliyyatınin keçirilməsinə ABŞ maneçilik törətməməlidir. Ümumiyyətlə, Şimali Suriya tamamilə ateist-marksist terrorçularından təmizlənməlidir. ABŞ-ın bu məsələlərdə güzəştə getməsindən sonra Türkiyə də Rusiya ilə münasibətlərinə yenidən baxa bilər. Təbii ki, ABŞ çox narahatdır. Türkiyə-Rusiya münasibətlərindən və hər vəchlə bu münasibətlərə zərər vurmaq istəyir. Türkiyə tərəfindən rus qırıcısının vurulmasi, Türkiyədə rus səfirinin güllənməsi bunlar hamısı eyni tərəfin iş tərkiblidir. Türkiyə-Rusiya arasında münasibətlərin pozulmasını çoxları istəyir - ABŞ, İran, Səudiyyə, Almaniya, Suriya, İsrail kimi ölkələr.

Türkiyə və Rusiya daxilində də bu iki dövlət arasında münasibətlərin pozulmasını istəyənlər az deyil və onlar hələ də hər iki ölkə içində güclüdürlər. Türkiyə içində bu qüvvələr gladio, FETÖ, PKK qırıntılarıdır. Hər an bu qırıntılardan növbəti zərbələr, xuntalar gözləmək olar. Ehtiyatı əldən vermək olmaz. Rusiya daxilində bunlar slavyanofillər, yəhudi, erməni lobbiləridir. Tarix boyu türk-slavyan qarşıdurmasından qazanan tərəf Qərb olub. Bu siyasəti davam etdirib yeni türk-rus qarşıdurması qurmaq istəyirlər. Onsuz da rus qırıcısının vurulması olayında az qala buna nail olmuşdular. O saatda olmasa da, Ərdoğan və Putinin müdrik siyasəti nəticəsində bunu qarşısı alındı. Yeni türk-rus qarşıdurması nə Türkiyəyə, nə də Rusiyaya lazımdır. Türkiyəyə heç lazım deyil. Çünki hər tərəfdən düşmənlərdir. Türkiyə rus qırıcısı olayında olduğu kimi yeni türk-rus qarşıdurmasında da təklənəcək. İndiki halda isə qardaş ölkəyə təklənmək vəziyyətinə düşmək qətiyyən olmaz. Böyüməkdə olan Türkiyəyə bir az da vaxt lazımdır. Türkiyə nüvə derjavaçı olmalıdır. Bundan sonra Türkiyə özü prosesləri tək başına diktə etmək gücündə olacaq. Mən prosesləri bu istiqamətdə görürəm".

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT