Azərbaycanı avantüraya çəkmək istəyən hansı qüvvələrdir - prezidentin xəbərdarlığı

Azərbaycanı avantüraya çəkmək istəyən hansı qüvvələrdir
Politoloq: “Onlar üçün ən önəmlisi öz strateji planlarını həyata keçirməkdir”
“Azərbaycanda heç bir potensial risk, fiziki, ideoloji, sosial, siyasi təhdid yoxdur”. Bunu Azərbaycan prezidenti İlham Əliyev “Rossiya-24" telekanalına müsahibəsində deyib. Azərbaycan dövlətinin başçısı bildirib ki, Azərbaycanın əhəmiyyəti və rolu təkcə enerji bazarında deyil, həm də bütövlükdə geosiyasi planda artır. Ölkə daha da inkişaf edir və regionda özünü təsdiqləmək üçün daha çox planları var.

“Bizim inkişafa, apardığımız müstəqil siyasətə mütənasib olaraq bizə təzyiq də artır. Ancaq bu, enerji amilləri ilə əlaqədar deyil. Bu, bəzən bizi xalqımıza və ölkəmizə tamamilə yad olan hansısa avantüralara cəlb etmək cəhdləri ilə bağlıdır”, - deyə İlham Əliyev bildirib.

Ölkə başçısı daha sonra deyib: “Bizim vətəndaşların rahatlığını yalnız kənardan poza bilərlər. Ona görə də biz öz suverenliyimizlə bağlı məsələlərə, təhlükəsizliyimiz, vətəndaşlarımızın təhlükəsizliyi məsələlərinə çox həssaslıqla yanaşırıq. Ona görə də Azərbaycanı hansısa beynəlxalq avantüralara cəlb etmək cəhdləri həmişə fiaskoya uğrayıb. Yəqin ki, bu, kiminsə xoşuna gəlmir və arabir biz bunun nəticələrini görürük. Bir qayda olaraq bunlar bizim, ümumiyyətlə, iştirak etmədiyimiz beynəlxalq təşkilatların qəbul etdiyi hansısa qətnamələrdə ifadə olunur. Həm də qəribədir ki, bizim əleyhimizə olan qətnamələri üzvü olmadığımız və üzv olmağa hazırlaşmadığımız strukturlar qəbul edirlər. Bax, bu, necə deyərlər, daha çox təbəssüm doğurur. Həmçinin əlbəttə, mətbuata yalançı təbliğat tullantıları atılır. Bu, qarayaxma, şantaj və təzyiq göstərmək cəhdlərinin sevimli üsuludur. Amma bizdə buna qarşı immunitet yaranıb. Azərbaycan vətəndaşları çox yaxşı başa düşürlər ki, bu informasiya tullantıları cəhdlərinin arxasında nə durur. Azərbaycanın inamlı, davamlı, təhlükəsiz və sabit inkişafı bizə ziyan vurmaq istəyənlərə ən yaxşı cavabdır”.

Bəs ölkəmizi avantüralara çəkmək istəyən qüvvələr hansılardır, bunda kimlər maraqlı ola bilərdi? Azərbaycan prezidenti “Bizim əleyhimizə olan qətnamələri üzvü olmadığımız və üzv olmağa hazırlaşmadığımız strukturlar qəbul edirlər” deyərkən Avropa İttifaqını nəzərdə tuta bilərmi?

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan xalqı ölkənin ərazi bütövlüyü, yaxın və uzaq milli strateji hədəfləri, müstəqilliyi və suverenliyi, təhlükəsizliyi ilə bağlı məsələlərdə həmrəydir, birdir və güzəştsizdir: “Bu fikirlər cənab prezidentin müsahibəsinin ana xəttini təşkil edir və real mənzərəni əks etdirir. Diqqət yetirsəniz, prezident İlham Əliyev ”bizim vətəndaşların rahatlığını yalnız kənardan poza bilərlər" deyir. Yəni Azərbaycan xalqı və dövləti öz müstəqilliyini, suverenliyini, dövlətçiliyini qorumaq əzmində, gücündədir. Kənardan müdaxilələr isə yalnız müəyyən zaman kəsiyində insanlarımızın rahatlığını poza bilər və biz müstəqilliyimizin 27 illik tarixi ərzində dəfələrlə belə faktlarla qarşı-qarşıya qalmışıq. Bu gün dünyada baş verən geosiyasi və geoiqtisadi proseslərdə ayrı-ayrı güc mərkəzlərinin öz maraqlarını təmin etmək üçün ən müxtəlif avantüralara əl atdıqlarının şahidi oluruq. Bir, yaxud bir neçə potensial subregional və ya qlobal liderliyə iddialı mərkəz öz məqsədlərinə çatmaq üçün ən müxtəlif vasitələrə əl atır, xalqları, dövlətləri bir-birinə qarşı qoymaqla gücdən salır, xaosa sürükləyir, iqtisadi cəhətdən çökdürməyə çalışırlar. Bu proses olduqca mürəkkəb və çoxşaxəlidir və prosesdə, sadəcə, siyasi mərkəzlər deyil, transmilli enerji, media, silah və maliyyə korporasiyaları daha fəal şəkildə iştirak edirlər. Onlar üçün hansısa dövlətin ərazi bütövlüyünün pozulması, ərazi subyektlərindən birinin qəsb edilməsi, yaxud bu və ya digər dövlətin tamamilə məhv edilməsi önəmli deyil. Onlar üçün önəmli olan öz strateji planlarının həyata keçməsidir. Biz bu prosesin Ukraynada necə həyata keçirildiyinin şahidi olduq. Ukraynanın ərazi bütövlüyünə imzalarıyla təminat verən dövlətlərdən biri bu ölkənin ərazisinin bir hissəsini ilhaq etdi, digər 2 təminatçı dövlət isə sadəcə, boş-boş bəyanat verməklə kifayətləndilər. Çünki onlar üçün önəmli olan Ukraynanın ərazi bütövlüyü deyildi. Onlar iki qohum xalqı qarşı-qarşıya qoymaq, mərkəzi Avropa ilə Rusiya arasında bufer zonası yaratmaq, Rusiyaya qarşı isə sanksiyalar tətbiq etmək üçün bəhanə axtarırdılar. Bu gün qonşuluğumuzda sanksiyalara məruz qalan iki dövlət var - Rusiya və İran. Və şübhəsiz ki, Azərbaycan heç vaxt nə regionda həyata keçirilməsinə cəhd göstərilən oyunlarda, nə də qlobal proseslərdə tərəf olmayıb və olmayacaq. Ölkəmizin və onun liderinin mövqeyi çox açıq və aydındır. Biz öz maraqlarımızı qoruyuruq".

Azərbaycanın əleyhinə olan qətnamələri ölkəmizin üzv olmadığı və üzv olmağa hazırlaşmadığı strukturların qəbul etməsinə gəldikdə isə E.Mirzəbəyli qeyd etdi ki, burada da məsələ aydındır: “Söhbət çox güman ki, Avropa Parlamentindən, eləcə də bəzi Qərb dövlətlərinin maliyyələşdirdiyi, himayə və idarə etdiyi təsisatlardan gedir. Şübhəsiz ki, Azərbaycan Avropa İttifaqına üzv olmaq niyyətində deyil ki, Avropa Parlamentində də iştirak etsin. Dövlət başçımız son illər ərzində Azərbaycana qarşı aparılan kampaniyaları ümumiləşdirərək dəyərləndirmə aparıb. Həm də məsələnin digər tərəfi var: Azərbaycanın üzv olmadığı və heç vaxt üzv olmayacağı təsisatların ölkəmizlə bağlı qəbul etdikləri sənədlər birtərəfli qaydada qəbul edilib. Ölkəmizin iştirakçısı olmadığı bir təsisat Azərbaycana qarşı niyə qətnamə qəbul etsin ki? Azərbaycan həmin təşkilatın nizamnaməsini, yaxud prinsiplərini pozmayıb. Poza da bilməz, çünki üzvü deyil”.

Etibar SEYİDAĞA,

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Hökumət sosial şəbəkədə şayiə texnologiyasını necə durdurdu
Sülhəddin Əkbər: “Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır; panika
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
“Pegasus Airlines” aviaşirkəti Ankaradan Bakıya uçuşlar həyata keçirəcək
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti martın 15-dən başlayaraq
Güclü külək Bakıda fəsadlar törətdi
Güclü külək Bakıda fəsadlar törətdi
Paytaxtda müşahidə olunan kəskin hava şəraitindən insanlar qorunsa da,
reklam
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Elxan Şahinoğlu: “Deyirlər ki, tərəflər xalqları sülhə hazırlamalıdırlar, hansı sülhə?!”
Ekspertlərdən Paris görüşündən sonra yayılmış bəyanata maraqlı
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri
Struktur dəyişikliyi ETSN-ə çatdı
Struktur dəyişikliyi ETSN-ə çatdı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya
 
XİA.az - TƏQDİMAT