“Prezidentin həyata keçirdiyi siyasətin başlıca məqəsdi vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılmasıdır” - Deputat

“Prezidentin həyata keçirdiyi siyasətin başlıca məqəsdi vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılmasıdır”

“Son illərdə məcburi köçkünlərin problemlərinin həlli işində çox böyük addımlar atılıb. Üç yüz minə yaxın köçkün yeni mənzillərlə, fərdi evlərlə təmin edilib. Bu məqsədlər üçün dövlət çox böyük vəsait xərcləyib və bu da təbiidir. Çünki Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca məqəsdi Azərbaycan vətəndaşlarının sosial vəziyyətinin yüksəldilməsi, onların həyat şəraitinin daha da yaxşılaşdırılmasıdır”.

Bu barədə bizimyol.info-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Yeni Azərbaycan Partiyasının üzvü Aydın Hüseynov bildirib. Qeyd edək ki, cari ilin dekabrın 24-də Abşeron rayonunda, dekabrın 27-də isə Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün yeni yaşayış binaları kompleksinin açılışı olub.

Deputat deyib ki, vətəndaşların, xüsusən, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin və əlillərin problemlərin həll olunması istiqamətində çox böyük işlər həyata keçirilir: “Bu, konkret olaraq Dövlət Proqramı, dövlətin siyasəti olaraq ardıcıl və sistemli şəkildə davam etdirilir. İndiyə kimi 290 min məcburi köçkün ailəsi mənzillə təmin olunub və proses davam edir. Cənab Prezident yaxın günlərdə Abşeron rayonu və Sumqayıt şəhərində qaçqın və məcburi köçkünlər üçün inşa olunan çoxmərtəbəli yaşayış binasının açılışın etdi. Dövlət başçısı 15 il öncə demişdi ki, ölkəmizdə bir çadır şəhərciyi də qalmayacaq. Biz həmin istiqamətdə görülən işlərin şahidi olduq. Bu gün də məcburi köçkünlərin mənzil və məişət şəraitinin yaxşılaşdırılması istiqəmətində görülən tədbirlər davam etdirilir”.

Aydın Hüseynov deyib ki, hər il olduğu kimi bu il də dövlət başçısı ad günün məcburi köçkünlərlə qeyd etdi: “Dekabrın 24-də Prezident İlham Əliyev Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yaşayış kompleksinin açılış mərasimində iştirak etdi. Cənab Prezident dövlətin həyata keçirdiyi tədbirlərlə yanaşı özü də onlara xüsusi diqqət və qayğı ilə yanaşır. Onların yanında olduğunu bir daha əməli fəaliyyəti ilə sübut etdi. Biz bunun bariz nümunəsini bir daha dünən Prezidentin Sumqayıtda qaçqın və məcburi köçkün ailələri üçün yeni yaşayış binaları kompleksinin açılışında iştirakında gördük. Qaçqın və məcburi köçkün ailələri ilə yanaşı, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin maraqlarını müdafiə edən dövlət proqramları tərtib olunur və həyata keçirilir. Ona görə də, gələn ilin dövlət büdcəsində sosial kateqoriyanın problemlərinin həlli istiqamətində vəsaitlər nəzərdə tutulub. Bu, dövlət siyasətidir və siyasətin arxasında cənab Prezidentin siyasi iradəsi, siyasi dəstəyi və mənəvi qayğısı, diqqətio dayanır”.

Ramid İbrahimov

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Texnika hazır vəziyyətə gətirildi
Texnika hazır vəziyyətə gətirildi - Anar Nəcəfli
Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi proqnoza əsasən
Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva
reklam
İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır - VİDEO
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikada yol
Gəncə Dövlət Universitetində nə baş verir?
Gəncə Dövlət Universitetində nə baş verir? - TƏLƏBƏLƏR İMTAHANLARDAN KÜTLƏVİ ŞƏKİLDƏ KƏSİLİR + Vide
Gəncə Dövlət Univerisitetində qış imtahan sessiyasında yüzlərlə tələbə
 
XİA.az - TƏQDİMAT