İran sanksiyalarla üz-üzə: Naxçıvan qazsız qala bilər?

İran sanksiyalarla üz-üzə: Naxçıvan qazsız qala bilər?
Azərbaycan Amerikanın İran siyasətində açar rola sahibdir...

ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların ziyanı həm də Azərbaycana dəyəcək. Ermənistan və Gürcüstan da yan təsirlərdən yayınmaq iqtidarında deyil. Bu barədə “OilPrice.com” saytı məlumat yayıb. Qeyd edək ki, bu sayt əsasən enerji ilə bağlı xəbərlər verir. Neft, qaz, alternativ enerji və geopolitika saytın əsas mövzusudur. Bu sahə üzrə dünyanın əksər nüfuzlu media mərkəzləri ilə əlaqələri var. Kifayət qədər ciddi bir mənbənin təhlilinə diqqət edək.

Vaşinqtonun sanksiyaları qeyri-müəyyənlik yaradıb. Hər üç Qafqaz ölkəsinin İranla müəyyən iqtisadi əlaqələri var. ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton hər üç ölkədə səfərdə olub. Bu məsələlərlə bağlı yerli liderlərlə danışıqlar aparıb. Aydındır ki, Amerika İranı izolyasiya etmək istəyir.

İran qazı az ölçüdə də olsa Azərbaycana ötürülür. Bu ölkələr arasında sərhəd daha uzundur. Bundan başqa, mart ayında Azərbaycanla İran arasında anlaşma əldə olunub. Həmin anlaşmaya görə, Xəzərdə olan az səmərəli neft və qaz quyuları birlikdə istismar ediləcək. Sanksiyalardan dolayı bu kimi işləri görmək çətin olacaq.

Azərbaycanın əsas qaz mənbəyi Şah Dəniz yatağı ilə bağlıdır. Bu yataqda Britaniyanın BP şirkəti ciddi paya sahibdir. Ancaq İranın milli neft şirkəti NİOC-un da Şah Dənizdə 10 faiz payı var.
Şahdəniz yatağı isə Avropa Birliyini təbii qazla təmin etmək üçün Cənub Qaz Dəhlizi üzərində çalışır. Bu dəhliz Avropa Birliyi tərəfindən ciddi şəkildə müdafiə olunur. Çünki Avropa Rusiya qazından asılı vəziyyətdə qalmaq istəmir. Azərbaycan üçün də bu dəhliz həyati əhəmiyyət daşıyır.

Rəsmi Vaşinqton bu kimi məqamları nəzərə alaraq Cənub Qaz Dəhlizinin gələcəyi ilə bağlı narahatlığa son qoyub. Və təminat verir ki, Azərbaycan qazı Türkiyə üzərindən Avropaya axıdılacaq. BP, SOCAR və Şahdənizdə yer alan daha 3 şirkət həmin sanksiyalardan kənarda qalacaq.

Əslində İrana tətbiq edilən sanksiyalardan Azərbaycan böyük gəlir də əldə edə bilər. Belə ki, Azərbaycan neft satan ölkədir. İran nefti dünya bazarına çıxarılmasa, bazarda neftin qiyməti kəskin şəkildə qalxa bilər. ABŞ tərəfindən Azərbaycana müəyyən işlərdə dəstək verilə bilər ki, bunlar da Azərbaycan üçün son dərəcə önəm daşıyır..
Hörmüz boğazı Oman körfəzi ilə Fars körfəzi arasında strateji baxımdan son dərəcə önəmli yerdir. Boğazın ən dar yeri cəmi 54 km.dir. Bu, Fars körfəzindən açıq okeana çıxış üçün yeganə su yoludur. O da bəllidir ki, dünyada satılan neftin az qala dördə üçü məhz Hörmüz boğazından keçir. İran isə bildirir ki, Amerika sanksiyaları ona mane olsa Hörümüz boğazını bağlayacaq. Son dərəcə təhlükəli ssenaridir...
Sayt onu da bildirir ki, dünya miqyasında neftin qiymətinin qalxması təbii qazın da qiymətinin qalxması deməkdir. Çünki bu iki növ yanacağın qiymətləri arasında ciddi asılılıq var.

Bəzi analitiklər İrana yönəlik sanksiyalarda Azərbaycanın açar rol oynadığını iddia edir.
Azərbaycan anklav halında olan Naxçıvanı qazla təmin etmək üçün İranla çoxdan anlaşıb. Bu sanksiyalardan dolayı Naxçıvana gedən İran qazının taleyi qeyri-müəyyən görünür. Naxçıvan anklav kimi İranla Ermənistan arasında sandvic kimi sıxılıb. Naxçıvanın Türkiyə ilə azacıq sərhəddi var...

Türkmənistan qazı da İran üzərindən Azərbaycana axıdılırdı. Gürcüstan bu il 2.7 milyon kubmetr qazı həmin xətt vasitəsi ilə idxal etməyi düşünürdü.
SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov “Eurasianet”ə bildirib ki, Azərbaycan İrandan qaz idxalını dayandırıb, çünki yerli qaz emalında irəliləyiş əldə olunub.

P.S. Şübhəsiz ki, neftin qiymətinin qalxması Rusiyaya ciddi üstünlüklər verərdi. İranı zəiflətmək üçün Rusiyanı gücləndirmək isə Amerikaya baha başa gələ bilər. Ağ Ev daha böyük itkilərlə üzləşər. Əlbəttə, bu məqamı da Tramp hökuməti nəzərə almaq zorundadır...

Elbəyi Həsənli,

Musavat.com

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır - VİDEO
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikada yol
Gəncə Dövlət Universitetində nə baş verir?
Gəncə Dövlət Universitetində nə baş verir? - TƏLƏBƏLƏR İMTAHANLARDAN KÜTLƏVİ ŞƏKİLDƏ KƏSİLİR + Vide
Gəncə Dövlət Univerisitetində qış imtahan sessiyasında yüzlərlə tələbə
Prezident Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib
Prezident Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib
Prezident İlham Əliyev SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt
reklam
Yol polisi də hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi
Yol polisi də hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi - DİQQƏT
Rüfət Quliyev: “Sürücülük təcrübəsi 3 ildən az olanlar belə hava
Binəqədi rayonuda Rumıniyanın Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilmişdir
Binəqədi rayonuda Rumıniyanın Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilmişdir
15 Yanvar 2018 – ci il tarixində Binəqədi rayonu ərazisində yerləşən dahi
 
XİA.az - TƏQDİMAT