Komitə sədri: Gürcüstan azərbaycanlılarının əsas problemi cəmiyyətə inteqrasiya ilə bağlıdır

Komitə sədri: Gürcüstan azərbaycanlılarının əsas problemi cəmiyyətə inteqrasiya ilə bağlıdır
Gürcüstanda azərbaycanlıların təhsil, səhiyyə və sosial problemləri ilə yanaşı, ən önəmli məsələ onların yerli cəmiyyətə inteqrasiyası ilə bağlıdır.

“Report” xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov "Xalq qəzeti"ndə dərc olunan məqaləsində bildirib.

Gürcüstanda yaşayan azərbaycanlıların hüquq və azadlıqlarından danışan Komitə sədri, onlarla bağlı problemlərin həlli istiqamətində zəruri addımlar atıldığını deyib:

"Bu ilin iyun ayında dövlət komitəsinin nümayəndə heyətinin Gürcüstanda səfəri zamanı azərbaycanlılar yaşayan bölgələrdə yerli sakinlərlə görüşlər keçirildi, onların problemləri, qayğıları dinlənildi, icra orqanlarının nümayəndələri və bir sıra rəsmi qurumlarda bu məsələlər müzakirə olundu. Həmvətənlərimizin burada təhsil, səhiyyə və sosial problemləri ilə yanaşı, ən önəmli məsələ onların yerli cəmiyyətə inteqrasiyası ilə bağlıdır. Çünki,yalnız cəmiyyətə inteqrasiya etmiş, vətəndaşı olduğu dövlətin dilini, qanunlarını bilən bir toplum öz hüquqlarını qoruya, normal yaşam şərtlərini təmin edə bilər. Eyni zamanda, bu səfər çərçivəsində soydaşlarımızın ilkin tibbiyardımla bağlı problemlərini qismən həll etmək məqsədilə Heydər Əliyev Fondu adından Bolnisi və Qardabani rayonunlarına yüksək tibbi imkanlara malik təcili tibbi yardım avtomobili hədiyyə edildi".

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır - VİDEO
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikada yol
Gəncə Dövlət Universitetində nə baş verir?
Gəncə Dövlət Universitetində nə baş verir? - TƏLƏBƏLƏR İMTAHANLARDAN KÜTLƏVİ ŞƏKİLDƏ KƏSİLİR + Vide
Gəncə Dövlət Univerisitetində qış imtahan sessiyasında yüzlərlə tələbə
Prezident Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib
Prezident Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib
Prezident İlham Əliyev SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt
reklam
Yol polisi də hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi
Yol polisi də hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi - DİQQƏT
Rüfət Quliyev: “Sürücülük təcrübəsi 3 ildən az olanlar belə hava
Binəqədi rayonuda Rumıniyanın Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilmişdir
Binəqədi rayonuda Rumıniyanın Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilmişdir
15 Yanvar 2018 – ci il tarixində Binəqədi rayonu ərazisində yerləşən dahi
 
XİA.az - TƏQDİMAT