Səfir: - Macarıstan ənənəvi Azərbaycan məhsullarının Avropada satışına kömək etməyə hazırdır

Səfir:

Macarıstan ənənəvi Azərbaycan məhsullarının Avropada satışına imkan yarada bilər. Bunu Trend-ə açıqlamasında Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi deyib.

Səfir bildirib ki, Macarıstan Avropa İttifaqı bazarlarına çıxmaq üçün Azərbaycan biznesinə kömək edə bilər: "Məhz müəssisələrin yaradılması üçün imkanlar, həmçinin ənənəvi Azərbaycan məhsullarının satışı üçün bazar təqdim edə bilər".

Diplomat vurğulayıb ki, Macarıstan Azərbaycana nəqliyyat, şəhərsalma, enerji təchizatı, kənd təsərrüfatı məhsullarının emalı sahələrində, eləcə də qida sənayesində yeni texnologiyalar və hazır həllər təklif edir:

"Bu yaxınlarda Azərbaycanın Xızı rayonunda birgə kənd təsərrüfatı layihəsinin reallaşdırılmasına başladıq. Burada Macarıstanın İxrac-İdxal Bankının maliyyə dəstəyi ilə müasir istixana kompleksi tikəcəyik".

V.Sederkenyi deyib ki, Azərbaycan Macarıstanın Cənubi Qafqazda əsas xarici ticarət tərəfdaşıdır: "Bununla belə, qarşılıqlı əmtəə dövriyyəsinin cari səviyyəsi nə iqtisadi əməkdaşlığımızın potensialını, nə də ikitərəfli siyasi münasibətlərimizin strateji və dostluq xarakterini əks etdirir".

O əlavə edib ki, 2017-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi 2016-cı illə müqayisədə 8 faiz artaraq 47 milyon dollar təşkil edib:

"2018-ci ilin ilk 8 ayında müsbət tendensiyalar davam edib: Macarıstan məhsullarının ixracı Azərbaycana 34 faiz artaraq 42 milyon dollara çatıb. Macarıstandan Azərbaycana əsasən əczaçılıq preparatları, "Hell" energetik içkiləri, aqrar texnologiyalar, maşın və avadanlıqlar, qida məhsulları ixrac olunur".

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva
İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır - VİDEO
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikada yol
reklam
Gəncə Dövlət Universitetində nə baş verir?
Gəncə Dövlət Universitetində nə baş verir? - TƏLƏBƏLƏR İMTAHANLARDAN KÜTLƏVİ ŞƏKİLDƏ KƏSİLİR + Vide
Gəncə Dövlət Univerisitetində qış imtahan sessiyasında yüzlərlə tələbə
Prezident Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib
Prezident Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib
Prezident İlham Əliyev SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt
 
XİA.az - TƏQDİMAT