ABŞ-da daxili hesablaşma: - Superdövlətin iqtisadiyyatı iflas təhlükəsi ilə üzləşib

ABŞ-da daxili hesablaşma:
Donald Trampı Ağ Evə sahibləndirən dərin güclər hələ də ABŞ-a tam nəzarəti ələ ala bilməyiblər; Prezidentin qərarı ABŞ-da iç dinamikləri yerindən oynadıb, daxili tarazlığı ciddi şəkildə pozub; ABŞ prezidenti önəmli bir qərar verib, dövlətin əhəmiyyətli qurumları və nüfuzlu təmsilçiləri isə o qərarı iqnor edirlər…
Artıq günlərdir ki, bütün dünya əsasən bir məsələni müzakirə edir. ABŞ qoşunları Suriyadan çıxacaqmış… İndi hər kəs Ağ Evin bu qərarının arxasında ola biləcək hansısa hiyləgər beynəlxalq hərbi-siyasi manevrdən bəhs edir. Yəni heç kim ABŞ-ın belə asanlıqla hər hansı beynəlxalq qarşıdurma məkanını tərk edə biləcəyinə inanmaq istəmir.

Əslində, ABŞ-ın qəbul etdiyi analoji qərarlara belə dərin şübhə ilə yanaşılması qətiyyən təəccüblü deyil. Çünki ABŞ qərarlarına etimad edilən dövlətlərin sırasındakı yerini artıq çoxdan itirib. Hazırda bu superdövlətə kimsə doğru-düzgün güvənmir. Və hər bir davranışının arxasından nəsə bir hərbi-siyasi kələkbazlıq axtarılır.

Bütün bunları nəzərə aldıqda, ABŞ-ın hər hansı beynəlxalq qarşıdurma məkanına girişi də, çıxışı da ayrı-ayrılıqda kifayət qədər ciddi problemdir. Üstəlik, bu problem məzmun və keyfiyyət baxımından da olduqca mücərrəddir. Nə vaxt, nə baş verəcəyi məlum deyil…

ABŞ qoşunlarının Suriyadan çıxarılma qərarını kim verib?
ABŞ-ın son qərarı ilə bağlı da kifayət qədər anlaşılmaz məqamlar mövcuddur. Belə ki, ABŞ qoşunlarının Suriyadan çıxarılması ilə bağlı qərarın birbaşa bu superdövlətə aid olduğunu iddia etməyin özü də bir qədər çətindir.

Düzdür, qərar prezident Donald Tramp tərəfindən qəbul olunub və elan edilib. Prezident D.Tramp isə ABŞ dövlətinin lideridir. Deməli, əslində, bu qərarın ABŞ dövlətinə aid olması ilə bağlı hər hansı şübhəyə yer olmamalıydı.

Ancaq məsələnin maraqlı və ciddi suallar doğuran məqamlarından biri də elə budur. Çünki qərar birbaşa Ağ Evin tam hüquqlu sahibi tərəfindən qəbul edilsə də, ABŞ dövlətinin bəzi önəmli qurumlarının təmsilçilərindən sərt reaksiya ilə qarşılanıb.

D.Trampın ABŞ qoşunlarının Suriyadan çıxarılması qərarına etiraz olaraq, Ağ Ev sahibinin İŞİD-ə qarşı mübarizə üzrə xüsusi elçisi Bret Mekqurk artıq istefa verib. Ağ Ev sahibi isə özünün xüsusi elçisini istefa qərarına görə lağa qoyub.

Halbuki Ağ Ev sahibinin sözügedən qərarına müqavimət göstərən yalnız xüsusi elçi Bret Mekqurk deyil. Bu sırada bir çox nüfuzlu konqresmenlər və senatorlar da yer alırlar.

Üstəlik, ABŞ-ın müdafiə naziri Ceyms Mettis də tezliklə tutduğu postdan ayrılacağını bəyan edib. Pentaqon şefinin öz istefa müraciətini artıq prezidentə təqdim etdiyi bildirilir.

Göründüyü kimi, olduqca müəmmalı situasiyadır. ABŞ dövlətinin başçısı önəmli bir qərar verir, amma dövlətin əhəmiyyətli qurumları və nüfuzlu təmsilçiləri o qərarı iqnor edirlər. Bu isə istər-istəməz qəbul edilmiş qərarın hüquqi statusundan şübhə etməyə əsas verir.

Digər tərəfdən, ABŞ qoşunlarının Suriyadan çıxarılmasının səbəbinə yönəlik arqument də əslində, ciddiyə alınmadı. Belə ki, prezident D.Tramp öz qərarını Suriyada İŞİD üzərində parlaq qələbənin qazanılması ilə əsaslandırmağa çalışıb.

Halbuki bu əsaslandırmaya ilk yalanlama ABŞ-ın ən yaxın müttəfiqi olan Böyük Britaniyadan gəldi. Böyük Britaniyanın Müdafiə Nazirliyi Suriya ərazilərinin önəmli bir hissəsinin hələ də İŞİD-in nəzarətində olduğunu vurğuladı. Və bu terrorçu qruplaşmanın yenidən toparlanmaqda olduğunu, yaxın dövrlərdə yenidən ciddi problemlər yarada biləcəyini qabartdı.

Maraqlıdır ki, ABŞ-ın Müdafiə Nazirliyi də öz prezidentini, Ali Baş Komandanını təkzib etdi. Pentaqon Suriyada 5-10 min nəfər arasında İŞİD terrorçusunun olmasının qələbə haqqında iddialara ciddi yanaşmağa imkan vermədiyinə eyham vurdu.

Картинки по запросу ABŞ qoşunlarının Suriyadan çıxarılma qərarını kim verib?
ABŞ-ı kim və ya kimlər idarə edir?
Bütün bu önəmli məqamları ard-arda düzdükdə istər-istəməz bəzi suallar ortaya çıxır: ABŞ-da nə baş verir? Bu superdövləti kim və ya kimlər idarə edir? Bu ölkədə prezidentin siyasi qərar qəbul etmə iradəsi ciddiyə alınırmı?

D.Trampın prezident seçilməsindən sonra belə sualların yaranması artıq o qədər də ciddi təəccüb doğurmur. Çünki bu adamın prezident seçilməsinin özü də ABŞ-ın beynəlxalq nüfuzunu sarsıtdı. Hər halda, ABŞ tarixində ilk dəfə bir prezidentin ölkə xaricindən edilən seçki müdaxiləsi sayəsində Ağ Evə sahiblənə bildiyinə yönəlik şübhələr hələ də öz aktuallığını qoruyur.

Amma son olaylar onu göstərir ki, ABŞ-da cərəyan edən daxili siyasi proseslər daha çox iç hesablaşmanın əlamətləri olaraq, ortaya çıxmaqdadır. Belə anlaşılır ki, D.Trampı Ağ Evə sahibləndirən dərin güclər ABŞ-a hələ də tam nəzarət etməyə nail ola bilməyiblər. Və böyük ehtimalla daxili siyasi proseslər onların istədiyi məzmun və keyfiyyətdən çox uzaqdır.

Məsələ ondadır ki, D.Trampın Suriya qərarından sonra ABŞ-ın idarə edilməsində xüsusi çəkiyə sahib olan Yevangelist siyasi dairələr aqressivləşdilər, Ağ Ev sahibinin addımlarına qarşı daha açıq və sərt reaksiya verməyə başladılar. Və belə anlaşılır ki, D.Trampın qərarı ABŞ-da iç dinamikləri yerindən oynadıb, daxili tarazlığı ciddi şəkildə pozub.

Hətta o da ola bilər ki, D.Trampa Suriya qərarını qəbul etdirənlərin əsas hədəfi də elə bundan ibarət olub. Hər halda, ABŞ qoşunlarının Suriyadan çıxarılması qərarı İsraili himayə edən Yevangelist siyasi dairələri ciddi şəkildə qıcıqlandırıb.

Prezident D.Trampın “Biz hər il İsrailə heç bir səbəb olmadan, boşu-boşuna 5 milyarda yaxın para veririk” deməsi də Ağ Ev sahibini himayə edən dərin güclərin Yevangelistləri siyasi şantajla “siyasi meydan”ın mərkəzinə çəkmək cəhdinə bənzəyir.

ABŞ-da daxili siyasi hesablaşma hansı dərin güclər arasında baş verir?
Çünki bəzi məlumatlara inansaq, uzun onilliklər ərzində ABŞ-ın və dünyanın idarə edilməsində müttəfiq olan Yevangelist və katolik siyasi dairələr arasında son dövrlərdə ciddi ziddiyyətlər yaranmağa başlayıb. Və katoliklərin daha ön plana keçmək, daha çox siyasi idarəçilik rıçaqları əldə etmək istəkləri müşahidə edilməkdədir.

Əlbəttə, belə bir situasiyanın ən yaxın günlərdə ABŞ-ı çökdürəcəyini iddia etmək sadəlövhlük olardı. Ancaq dünyanın ən nəhəng imperiyalarının məhz daxili hesablaşmalar ucbatından tədricən çökdüyü də inkaredilməz reallıqdır.

Ona görə də ehtimal etmək olar ki, bu iç hesablaşma daha da dərinləşərsə, ABŞ-ın da tədricən süquta doğru yönələ biləcəyi istisna deyil. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi prezident D.Trampa qarşı impiçmentin tətbiq edilə biləcəyini bəyanlayıb. Bu isə iç hesablaşmanın artıq həlledici mərhələyə daxil olduğunu göstərir.

Ümumiyyətlə, bəzi ehtimallara görə, ABŞ-ın süqut prosesi bu superdövlətin iqtisadiyyatında iflas dönəminin dərinləşməsiylə sürətlənə bilər. Hər halda, ABŞ iqtisadiyyatının artıq dünya iqtisadiyyatının lokomotivi roluna tab gətirmədiyi iddia olunur. Və yaxın gələcəkdə ABŞ iqtisadiyyatında ciddi çatların ortaya çıxa biləcəyi, dağılmanın qaçılmaz olacağı vurğulanır.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Texnika hazır vəziyyətə gətirildi
Texnika hazır vəziyyətə gətirildi - Anar Nəcəfli
Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi proqnoza əsasən
Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva
reklam
İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır - VİDEO
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikada yol
Gəncə Dövlət Universitetində nə baş verir?
Gəncə Dövlət Universitetində nə baş verir? - TƏLƏBƏLƏR İMTAHANLARDAN KÜTLƏVİ ŞƏKİLDƏ KƏSİLİR + Vide
Gəncə Dövlət Univerisitetində qış imtahan sessiyasında yüzlərlə tələbə
 
XİA.az - TƏQDİMAT