Deputat - "Son 15 ildə dünyada iqtisadi baxımdan Azərbaycan kimi dinamik inkişaf edən ölkə yoxdur"

  Deputat
“Son 15 ildə dünya miqyasında iqtisadi baxımdan Azərbaycan qədər dinamik inkişaf edən ikinci ölkə olmayıb. Hətta dünya üçün çətin keçən illərdə də respublikamızın iqtisadiyyatı yüksək dayanıqlılıq nümayiş etdirib”.
XİA.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev bildirib.

Deputat deyib ki, güclü iqtisadiyyat 2018-ci ildə də ölkənin inamlı inkişafının təməlində dayanan əsas amillərdən biridir.
Onun sözlərinə görə, ölkəmizdə rəqabətə davamlı iqtisadiyyat quruculuğundan söhbət açarkən məqsədyönlü şəkildə həyata keçirilən şaxələndirmə siyasətinin önəmini xüsusi qeyd etmək lazımdır:

“Məlumdur ki, Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malik olan ölkədir. Xəzərin neft-qaz ehtiyatlarının işlənməsinə dair transmilli şirkətlərlə imzalanan müqavilələr çərçivəsində respublikamıza böyük həcmlərdə valyuta gəlir. Bununla belə, Azərbaycan ölkə iqtisadiyyatının birqütüblü olmasını və neft amilindən asılı qalmasını heç vaxt qəbul etməyib. Əksinə, respublikamız qazandığı neft gəlirlərini çoxqütüblü iqtisadiyyat quruculuğuna yönəltməyə üstünlük verib. Son 15 ildə respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət aparılıb və dəstək tədbirləri gücləndirilib. Ölkəmizdə neftdənkənar iqtisadiyyatın, o cümlədən də qeyri-neft sənayesinin, aqrar sektorun inkişafının dövlət tərəfindən güclü şəkildə təşviq edilməsi və siyasi və maddi cəhətdən dəstəklənməsi öz növbəsində uğurlu göstəricilərin əldə olunmasını şərtləndirir. Təsadüfi deyil ki, 2018-ci ildə milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri məhz qeyri-neft iqtisadiyyatında qeyd alınıb.Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, ötən il respublikamızda qeyri-neft sənayesində 9 faizdən çox artıma nail olunub ki, bu da kifayət qədər yaxşı göstəricidir”.

Vasif Həsənli
Ölkə.Az

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva
İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş
reklam
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır
Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır - VİDEO
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikada yol
Gəncə Dövlət Universitetində nə baş verir?
Gəncə Dövlət Universitetində nə baş verir? - TƏLƏBƏLƏR İMTAHANLARDAN KÜTLƏVİ ŞƏKİLDƏ KƏSİLİR + Vide
Gəncə Dövlət Univerisitetində qış imtahan sessiyasında yüzlərlə tələbə
Prezident Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib
Prezident Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib
Prezident İlham Əliyev SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt
 
XİA.az - TƏQDİMAT