Mehriban Əliyeva Fransa senatının sədri Jerar Larşe ilə görüşüb

Azərbaycanın birinci xanımı, Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyeva Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb
Mehriban Əliyeva Fransa senatının sədri Jerar Larşe ilə görüşüb
Jerar Larşe Mehriban Əliyeva ilə görüşdən məmnunluğunu bildirib, Azərbaycanla Fransa arasında müxtəlif sahələrdə münasibətlərin yüksək səviyyədə olduğunu, əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Jerar Larşe Mehriban Əliyevanın həm Azərbaycan parlamentində Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri, həm də Heydər Əliyev Fondunun prezidenti kimi Fransa ilə münasibətlərin inkişafına töhfələri yüksək qiymətləndirib.
Jerar Larşe Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməyə hazır olduğunu vurğulayıb.
Mehriban Əliyeva Azərbaycanın Fransa ilə siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə əlaqələrinin sürətlə inkişaf etdiyini bildirib, iki ölkə arasında iqtisadi sahədə münasibətlərin yüksək templərlə inkişaf etdiyini söyləyib. Birinci xanım hazırda 50-dən artıq fransız şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini, humanitar sahədə bir çox layihələrin reallaşdırıldığını, bundan sonra da reallaşdırılacağını bildirib.
Parlamentlərarası münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyini deyən Mehriban Əliyeva Milli Məclisdə Fransa ilə dostluq qrupunun rəhbəri kimi Azərbaycan-Fransa əlaqələrinin daha da inkişaf etməsinə töhfələr verməyə hazır olduğunu söyləyib. Mehriban Əliyeva Azərbaycanın regionda sülhün və sabitliyin bərqərar olmasının tərəfdar olduğunu söyləyib.
Mehriban Əliyeva Fransa ilə Azərbaycan arasında mədəniyyət, mədəni irsin qorunması və humanitar sahələrdə mövcud əlaqələrdən də söz açıb, Heydər Əliyev Fondu tərəfindən bu sahədə bir sıra layihələrin həyata keçirildiyini qeyd edib. Birinci xanım 2015-ci ildə ilk dəfə olaraq Azərbaycanda birinci Avropa Oyunlarının keçiriləcəyini, bu istiqamətdə yüksək hazırlıq işlərinin görüldüyünü, dünyanın bir sıra ölkələrində, o cümlədən Fransada bu oyunların təqdimatının keçirildiyini diqqətə çatdırıb.
Mehriban Əliyeva Jerar Larşeni Azərbaycana, o cümlədən Avropa Oyunlarının açılış mərasiminə dəvət edib.

Mehriban Əliyeva Fransa senatının sədri Jerar Larşe ilə görüşüb

Mehriban Əliyeva Fransa senatının sədri Jerar Larşe ilə görüşüb

Mehriban Əliyeva Fransa senatının sədri Jerar Larşe ilə görüşüb

Mehriban Əliyeva Fransa senatının sədri Jerar Larşe ilə görüşüb

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Maliyyə Sabitliyi Şurası xüsusi pul proqramını qəbul edib
Maliyyə Sabitliyi Şurası xüsusi pul proqramını qəbul edib - EKSKLÜZİV
"Pul siyasətinin sərtləşdirilməsi siyasətinə artıq başlanıb və bu siyasət
“Azəravtoyol” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
“Azəravtoyol” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Tədbirdə 20 yanvar faciəsində vətənin azadlığı, suverenliyi və birliyi
20 Yanvar - Ümumxalq Hüzn Günü
20 Yanvar - Ümumxalq Hüzn Günü
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi
reklam
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (VİDEO)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (VİDEO)
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar nazirlik tərəfindən 20 Yanvar
İlham Əliyev Davosda Statoil şirkətinin baş icraçı direktoru ilə görüşüb
İlham Əliyev Davosda Statoil şirkətinin baş icraçı direktoru ilə görüşüb
“Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre Bakıda birinci
İlham Əliyevin Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşü olub
İlham Əliyevin Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşü olub
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə
 
XİA.az - TƏQDİMAT