Prezidentin cəbhə xəttindən düşmənə mərmi kimi mesajları - Ölkə Vətən müharibəsi modelinə keçirilir ...

Prezidentin cəbhə xəttindən düşmənə mərmi kimi mesajları
Şuşanın işğal günü ərəfəsində savaş xəbərdarlığı; Prezident İlham Əliyevin təmas bölgəsinə səfəri Ermənistana “soyuq duş” effekti verəcək; rusiyalı politoloq: “Azərbaycan öz hərbi gücünü yenidən dünyaya xatırlada bilər”; Bakı-Ankara hərbi əməkdaşlığının güclənməsi üçün indi daha bir fürsət yaranıb...
Qarabağ münaqişəsi zonasında 22 illik status-kvonun xeyrimizə dəyişməsinə gətirən 4 günlük müharibədən 1 ay ötür. Ancaq status-kvo dəyişsə də, hələ ki nizamlama prosesində irəliləyiş gözə dəymir. İşğalçı Ermənistanın rəhbərliyi özünü elə aparır ki, sanki heç nə baş verməyib, hələ üstəlik, yeni absurd şərtlər irəli sürür.

Şübhə yox ki, düşmən tərəfin bu radikallığı müstəsna olaraq daxili auditoriyaya ünvanlanıb. Ancaq o da var ki, belə lüzumsuz ritorika yeni və genişmiqyaslı hərbi qarşıdurmaya aparır, ərazisinin 1/5-i işğal altında olan Azərbaycana hərbdən savayı çıxış yolu qoymur...

* * *

Belə həssas və mürəkkəb bir məqamda Azərbaycan prezidenti İlham Əliyevin öz xanımı ilə ötən bazar təmas xəttindəki yaşayış məntəqələrinə və hərbi hissələrə baş çəkməsi ikiqat-üçqat önəm kəsb edir. Yəni bu səfər təkcə yerli əhali və hərbçilərimizi ruhlandırmaq baxımından yox, həm də və ilk növbədə düşmənə, onun havadarına verilən konkret mesaj baxımından qiymətli sayılmalıdır.
Prezidentin cəbhə xəttindən düşmənə mərmi kimi mesajları
Mesaj isə cəbhə xəttinin 200 metrliyinədək gedən Ali Baş Komandanın hərbi formada dediyi sözlərdə əksini tapıb. Ölkə başçısı hərbçilərlə görüşdə xüsusi qeyd edib ki, Azərbaycan mövcud vəziyyətlə, erməni işğalı ilə heç vaxt barışmayacaq: “Hazırda təmas xəttində üstünlük tamamən Azərbaycan tərəfindədir, döyüş mövqelərimiz daha da möhkəmlənib”, deyə, prezident vurğulayıb. Müdafiə naziri Zakir Həsənov isə Ali Baş Komandana ordunun döyüş hazırlığının yüksək səviyyədə olduğunu və onun əmrini yerinə yetirməyə hər an hazır və qadir olduğunu söyləyib.

Azərbaycan hərbçilərini təbrik edən dövlət başçısının Ermənistan ordusunun törətdiyi son təxribatların qarşısını alarkən şücaət göstərmiş döyüşçülərə hədiyyələri məhz cəbhə bölgəsində təqdim eləməsi düşmənə başqa bir xəbərdarlıq mesajı sayıla bilər: yəni axırıncı işğalçı əsgər Azərbaycan ərazisini tərk edənədək ona aman tanınmayacaq.
Prezidentin cəbhə xəttindən düşmənə mərmi kimi mesajları
Prezidentin cəbhə səfəri və orada səsləndirdiyi xəbərdarlıqlar həm də o anlama gəlir ki, Azərbaycan nəinki işğala dözməyəcək, təslimçi sülh variantlarını da heç vaxt qəbul etməyəcək və ordumuz son və qəti savaşa hazırdır.

* * *

İşğalçı isə həqiqətən ciddi şəkildə narahatdır, təlaş içindədir. Xüsusən də aprelin sonunda revanş götürmək cəhdi baş tutmadıqdan sonra o, daha ümidsiz bir duruma düşüb. Üstəlik, müharibə oldu-olmadı, düşmən indi hər gün azı 1-2 canlı itki verməkdə davam edir ki, bu da kriminal Sərkisyan rejiminin daxili dayaqlarını, ona ictimai inamı hər gün bir az da sarsıdır, hakim qüvvənin vəziyyətini ümidsizliyə soxur.
Prezidentin cəbhə xəttindən düşmənə mərmi kimi mesajları
Ermənistanda və separatçı qurumda panik ovqatın təzahürlərindən biri kimi keçmiş prezidenti Levon Ter- Petrosyanın son 18 ildə ilk dəfə olaraq dünən işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gəlməsini qeyd eləmək olar. Burada o, separatçıların lideri Bako Saakyanla görüşüb.

Aydın məsələdir ki, bu qanunsuz səfər öncəliklə erməni işğalçı qüvvələri və separatçı rejimi ağır vəziyyətdən necə çıxarmaq, Azərbaycan ordusunun gözlənilən növbəti sarsıdıcı zərbəsindən necə yayındırmaq və erməni ordusunda ruh yüksəkliyi yaratmaq istəyi ilə bağlıdır. Hər halda, Ter-Petrosyan “Qarabağ klanı” tərəfindən hakimiyyətdən devrilsə də, indi bəlli olur ki, ən ağıllı erməni siyasətçisi elə o imiş. Yoxsa qatı rəqibi olan Serj Sərkisyanın, “KQB tulası” Bako Saakyanın ona işi düşməzdi.
Prezidentin cəbhə xəttindən düşmənə mərmi kimi mesajları
Vaxtilə hakimiyyətin mərhələli həll planının güdazına gedən Ter-Petrosyan isə erməni xalqını xəbərdar eləmişdi ki, “əgər indi bizə təklif ediləni götürməsək, sonra onun üçün yalvaracağıq, çünki heç kəs daha onu bizə verməyəcək”. Azərbaycan ordusunun blits-hərbi uğurundan sonra Sərkisyan rejimi, separatçı rejim belə birisi ilə indi intensiv məsləhətləşmələrə ehtiyac duyubsa, demək, təcavüzkarın durumu ağırdır.

Ümid edək ki, heç olmasa, Levon Ter-Petrosyan ondan bir gün qabaq cəbhə xəttində olmuş Azərbaycan prezidentinin verdiyi son mesajları separatçı rejimin başçılarına və Sərkisyana düzgün anlada biləcək...

* * *

İlham Əliyev cəbhə bölgəsində ikən Ermənistanın yuxusunu qaçıracaq daha bir mühüm olay baş verib. Söhbət qardaş Türkiyədə ilk dəfə olaraq “Bayraktar TB2" silahlı pilotsuz təyyarələrin (kamikadze-dronların) istehsalına başlanmasından gedir (Türkiyə dünyada 6-cı belə ölkə oldu, Rusiya o sırada yoxdur). Bu dronların döyüş əməliyyatları zamanı hansı təhlükə kəsb etdiyini isə kim bilməsə də, erməni işğalçı qüvvələri 4 günlük savaşdan yaxşı bilir.
Prezidentin cəbhə xəttindən düşmənə mərmi kimi mesajları
Türkiyənin hərbi texnoloji uğuru əlbəttə ki, Azərbaycanın da uğurudur və iki qardaş ölkənin hərbi-texniki əməkdaşlığının, bütövlükdə Türkiyə-Azərbaycan hərbi müttəfiqliyinin güclənməsində, yekun etibarilə ordumuzun döyüş qabiliyyətinin daha da artırılmasında mütləq öz sözünü deyəcək. Bütün hallarda Bakı-Ankara hərbi əməkdaşlığının güclənməsi üçün daha bir fürsət yaranıb. Bu da təcavüzkara növbəti öldürücü mesajdır.

* * *

Bu arada Qarabağ münaqişəsi ətrafında durumu şərh edən tanınmış rusiyalı politoloq Qriqori Trofimçuk aprel savaşından sonra da sülh prosesində ciddi irəliləyişin olmamasının, ərazilərin boşaldılmasına başlanmamasının olduqca təhlükəli olduğunu söyləyib. “Atəşkəsdən dərhal sonra Bakının nəzarəti altında rayonların azad olunması ilə bağlı danışıqlar başlanmalı idi. Lakin bu, baş vermədi”. Politoloq bunu “Exo” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, vəziyyət gərgin olaraq qalır və 2 apreldən öncə yaranmış şəraitə qayıtmaq mümkün deyil. “Azərbaycan başqa yolla gedə bilməz. Buna baxmayaraq, Bakı döyüş proqramı ilə özünü bütün dünyaya bir daha xatırlada bilər” - analitik bildirib. Onun fikrincə, Lavrovun atəşkəsdən sonra Azərbaycan və Ermənistana yeni planla getməsi ilə bağlı mediada yayılanlar həqiqəti əks etdirmir. “Heç bir sensasiya yoxdur. Ermənistan Rusiya üçün strateji müttəfiqidir və ona hər hansı bir təzyiq edəcəyi inandırıcı deyil. Hazırda rayonların qaytarılması ilə bağlı nə Azərbaycan, nə də beynəlxalq təşkilatlarla razılaşdırılmış konkret bir sxem var” - ekspert əlavə edib.

* * *

Demək, Azərbaycan rusiyalı politoloqun da təsdiqlədiyi kimi, beynəlxalq hüquqdan istifadə edib işğalçını daha sərt cəzalandırmaq üçün yenindən gücə əl atmalı olacaq. Şuşanın işğal gününə bir şey qalmayıb... (musavat.com)

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Qocalmağa qoymayan NADİR MADDƏ:
Qocalmağa qoymayan NADİR MADDƏ: - alfa lipoikin İNANILMAZ FAYDALARI
Alfa lipoik turşusu 1980-cı illərin sonlarında kəşf edilib. İlk illərdə
Braziliyada nazirlik işçiləri təxliyə edildi
Braziliyada nazirlik işçiləri təxliyə edildi - Bombaya görə
XİA.az-ın məlumatına görə, mülki müdafiə əməkdaşları binanın 9-cu
28 May-Respublika günü Almaniyada qeyd edilib
28 May-Respublika günü Almaniyada qeyd edilib
Azərbaycanın bu ölkədəki səfirliyindən Trend-ə verilən məlumata görə,
reklam
Naftalanda cəbbəxana aşkarlanıb
Naftalanda cəbbəxana aşkarlanıb
Bununla əlaqədar mayın 24-də Goranboy rayon sakini Adil Süleymanova
14 yaşlı qıza göz dikən seksual manyaklara ağır cəza
14 yaşlı qıza göz dikən seksual manyaklara ağır cəza
Bakıda 14 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər törətməkdə
Mingəçevir su anbarında bir nəfər batıb
Mingəçevir su anbarında bir nəfər batıb
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə
 
XİA.az - TƏQDİMAT