ABŞ Dağlıq Qarabağdakı qondarma rejimi tanımadığını bir daha bəyan edib

ABŞ Dağlıq Qarabağdakı qondarma rejimi tanımadığını bir daha bəyan edib


ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner mayın 5-də keçirilən brifinqdə ABŞ administrasiyasının Ermənistan parlamentinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin müstəqilliyini tanınması haqqında qanun layihəsinə dair münasibət bildirib.

SalamNews-un məlumatına görə, Mark Toner deyib ki, Amerika Biləşmiş Ştatları bütün dünya ictimayyəti kimi, Dağlıq Qarabağın müstəqilliyini tanımır. O, qeyd edib ki, Dağlıq Qarabağın yekun statusu yalnız münaqişənin hərtərəfli nizamlanması kontekstində həll olunmalıdır və ABŞ bu məqasədlərə nail olmaq üçün tərəfləri danışıqlar masasına çağırır.

Xatırladaq ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və yeddi ətraf rayon Ermənistan silahlı qüvvələri tərəfindən 1992-1994-cü illərdə işğal edilib. Ermənistanın işğalçı siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı öz torpaqlarından didərgin düşüb. 1993-cü ilin aprel-noyabr aylarında BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyən, erməni silahlı qüvvələrinin bu ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını, azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin martında BMT Baş Məclisində beynəlxalq birliyin Təhlükəsizlik Şurasının sənədlərində ifadə edilmiş mövqeyini bir daha təsdiqləyən 62/243 nömrəli qətnamə qəbul olunub. Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların qanunverici orqanları BMT Təhlükəsizlik Şurasının bu qətnamələrini əsas götürərək, erməni işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən sənədlər qəbul ediblər.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Əfv olunan tanınmışlar
Əfv olunan tanınmışlar - SİYAHI
Azərbaycan prezidenti İlham Əliyevin əfv etdiyi şəxslər arasında bir sıra
Azərbaycan prezidenti əfv sərəncamı imzalayıb
Azərbaycan prezidenti əfv sərəncamı imzalayıb - SİYAHI + YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv
Xırdalanda ölən tələbələrlə bağlı yeni
Xırdalanda ölən tələbələrlə bağlı yeni - TƏFƏRRÜATLAR
“Xırdalanda həlak olan Turanə bir aya yaxın idi ki dərsə gəlmirdi”.
reklam
Dollar ucuzlaşmaqda davam edir
Dollar ucuzlaşmaqda davam edir - MƏZƏNNƏ
Azərbaycan Mərkəzi Bankı (AMB) martın 17-ə olan USD/AZN məzənnəsini
8 Martda qadını öldürən şəxs həbs edilib
8 Martda qadını öldürən şəxs həbs edilib
Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının birgə həyata
Maliyyə Nazirliyi tələbələrin təqaüdlərinin gecikdirilməsinin səbəbini açıqladı
Maliyyə Nazirliyi tələbələrin təqaüdlərinin gecikdirilməsinin səbəbini açıqladı
Son günlər bəzi kütləvi informasiya vasitələrində ilin əvvəlindən ali
 
XİA.az - TƏQDİMAT