Putin Azərbaycana gəlir

Putin Azərbaycana gəlir
Vladimir Putin - Rusiya prezidenti
Rusiya prezidenti Vladimir Putin Azərbaycana gələcək. ANS PRESS-in "İnterfaks-Azərbaycan"a istinadən verdiyi məlumata görə, səfər may ayının sonuna planlaşdırılıb. "Səfərin əsas məqsədi Azərbaycan və Ermənistan arasında yaranmış münaqişə, eləcə də son vaxtlar təmas xəttində yaranmış gərgin vəziyyətlə bağlıdır".

Məlumata görə, Putinin Azərbaycandan sonra İrəvana getməsi də istisna deyil.

Rusiyanın Azərbaycandakı səfirliyindən isə ANS PRESS-ə bu xəbəri şərh etmək istəmədiklərini deyiblər. Daha sonra səfər barədə xəbərsiz olduqlarını açıqlayıblar.

Bir neçə gün öncə V.Putinin Azərbaycana səfər edəcəyi, hətta təyyarəsinin hazır vəziyyətə gətirilməsinə göstəriş verdiyi barədə məlumatlar yayılmışdı. Kremlin mətbuat xidmətindən ANS PRESS-ə bu barədə məlumatsız olduqlarını desələr də ölkə rəhbərliyinə yaxınlığı ilə tanınan politoloq, Rusiya İctimai Palatasının üzvü Sergey Markov ANS PRESS-ə açıqlamasında səfəri istisna etməyib.

Putin Azərbaycana gəlir
Putin Bakıya gəlir?
Rusiya prezidenti Vladimir Putinin Azərbaycana son səfəri ötən ilin iyun ayına, I Avropa Oyunlarının açılış mərasiminə təsadüf edir. O, burada prezident İlham Əliyevlə yanaşı, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxla da görüşüb.

Rusiya rəhbəri ölkəmizdə olarkən İlham Əliyevlə danışıqlar aparıb. Danışıqlar əvvəl təkbətək, daha sonra geniş tərkibdə aparılıb. Danışıqlarda ikitərəfli münasibətlər, Dağlıq Qarabağ məsələsi müzakirə olunub.

Ümumiyyətlə aprel ayında Qarabağda baş verən dördgünlük döyüşlərdən sonra şimal qonşumuzun rəsmi şəxsləri bir-birinin ardınca regiona səfər ediblər. Putin həm baş nazir Dmitri Medvedev, həm də xarici işlər naziri Sergey Lavrovu cəbhə bölgəsindəki vəziyyəti müzakirə etmək üçün Bakı və İrəvana göndərib. Rusiyanın "İzvestiya" qəzetinin yazdığına görə, aprelin 22-də İrəvanda Sergey Lavrovla prezident Serj Sarkisyan arasında görüş çox gərgin keçib.

Medvedev Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi ilə əlaqədar aprelin 7-də İrəvana, 8-də isə Bakıya səfər edib. O, Ermənistan və Azərbaycan prezidentləri ilə görüşüb, danışıqlar aparıb. Əsas müzakirə mövzusu isə Dağlıq Qarabağ münaqişəsi olub.
Putin Azərbaycana gəlir

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Əfv olunan tanınmışlar
Əfv olunan tanınmışlar - SİYAHI
Azərbaycan prezidenti İlham Əliyevin əfv etdiyi şəxslər arasında bir sıra
Azərbaycan prezidenti əfv sərəncamı imzalayıb
Azərbaycan prezidenti əfv sərəncamı imzalayıb - SİYAHI + YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv
Xırdalanda ölən tələbələrlə bağlı yeni
Xırdalanda ölən tələbələrlə bağlı yeni - TƏFƏRRÜATLAR
“Xırdalanda həlak olan Turanə bir aya yaxın idi ki dərsə gəlmirdi”.
reklam
Dollar ucuzlaşmaqda davam edir
Dollar ucuzlaşmaqda davam edir - MƏZƏNNƏ
Azərbaycan Mərkəzi Bankı (AMB) martın 17-ə olan USD/AZN məzənnəsini
8 Martda qadını öldürən şəxs həbs edilib
8 Martda qadını öldürən şəxs həbs edilib
Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının birgə həyata
Maliyyə Nazirliyi tələbələrin təqaüdlərinin gecikdirilməsinin səbəbini açıqladı
Maliyyə Nazirliyi tələbələrin təqaüdlərinin gecikdirilməsinin səbəbini açıqladı
Son günlər bəzi kütləvi informasiya vasitələrində ilin əvvəlindən ali
 
XİA.az - TƏQDİMAT