Sabir Rüstəmxanlıdan Nemət Pənahlıya cavab: - "Mənim KQB ilə əlaqəm olmayıb"

Sabir Rüstəmxanlıdan Nemət Pənahlıya cavab:
Bu günlərdə Milli Dövlətçilik Partiyasının sədri, Milli Azadlıq Hərəkatının öncüllərindən olan Nemət Pənahlı mətbuata ittiham dolu açıqlamalar verib. Ölkəmizin 18 oktyabr Müstəqillik günündən söz açan təşkilat sədri 43 istiqlalçı deputatı SSRİ "KQB"-nin agenti olmaqda günahlandırıb. Demblokun Milli Azadlıq Hərəkatını boğmaq məqsədilə yaradıldığını iddi edən N.Pənahlı bəyan edib ki, Sovet imperiyası dövründə bir adam tanımıram ki, SSRİ "KQB"nin razılığı olmadan deputat seçilsin: " Həmin 43 deputat da 100 faiz "KQB"nin razılığı ilə seçilmişdi".

İttihamı cavablandıran istiqlalçı deputatlardan olan xalq şairi Sabir Rüstəmxanlı Tərəfdar.az-a bildirib ki,N.Pənahlının iddialarının əsası yoxdur: " Həmin vaxt Nemətin namizədliyini verib, vermədiyini bilmirəm. Versə, o da, seçilərdi. Çünki meydan hadisələrindən sonra elə bir vəziyyət yaranmışdı ki, xalqın tanıdığı adamların qarşısını kəsə bilmədilər. Mən hansı rayona getsəm, hamısından da seçilərdim. Xətai rayonunda həm KQB, həm də Mərkəzi Komitə ciddi cəhdlə qarşımızı almağa çalışırdı. Mən böyük səs fərqi ilə mübarizədə qalib gəldim. Ona görə ki, xalqda böyük bir inam vardı. Hərəkatçılara böyük güvəni yranmışdı. Məni həm hərəkatçı kimi, həm də bir yazıçı kimi tanıyırdılar. Başqalarını bilmirəm, mənim KQB ilə əlaqəm olmayıb. Xüsusən, 1990-cı ildəki seçkidə seçilən deputatların böyük əskəriyyəti xalqın ciddi dəstəyi ilə seçilmişdi".

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
​İŞİD-dən şok anons: İranı işğal edəcəyik...
​İŞİD-dən şok anons: İranı işğal edəcəyik...
Videoda İŞİD-in 3 nümayəndəsi çıxış edir. Bu şəxslər İrandan yaşayan fars,
Neftçalada balıqçı Kür çayında batdı
Neftçalada balıqçı Kür çayında batdı
Ötən gün axşam saatlarında Neftçalanın 2-ci Mayak kəndinin ərazisində
MTN polkovnikinin cinayət işinə xitam verilib
MTN polkovnikinin cinayət işinə xitam verilib
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin
reklam
Əli İnsanovun cinayət işi məhkəməyə göndərilib
Əli İnsanovun cinayət işi məhkəməyə göndərilib
Ə. İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət
 
XİA.az - TƏQDİMAT