Aleksandr Lukaşenko: - Avropa oyunlarının təşkilində Azərbaycanın təcrübəsindən yararlanacağıq

Aleksandr Lukaşenko:
Belarus 2019-cu ildə 2-ci Avropa Oyunlarını qəbul etməyə hazırdır. Allsport.az saytı xəbər verir ki, bunu ölkə prezidenti Aleksandr Lukaşenko Avropa Olimpiya Komitəsinin prezidenti vəzifəsini icra edən Janez Kosijancic ilə görüşdə deyib. Onun sözünə görə, tarixi qərarı verməkdə tərəddüt etməyib:

“Biz sizinlə tarixi qərar qəbul etdik və 2019-cu ildə bu Oyunlarda Avropa idmançılarını bir yerə yığacağıq. Belarusda neçə idman növü üzrə yarışların keçiriləcəyi ilə bağlı qərar qəbul etmək üçün tələsmək lazım deyil. Mən burada mümkün qədər çox idmançının iştirak etməsinin tərəfdarıyam. Bu, onların bayramıdır”.

Belarusun dövlət başçısı Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Ağacan Abiyevlə görüşündə ölkəmizin Avropa Oyunlarının yüksək standartlarını müəyyənləşdirdiyini bildirib. Aleksandr Lukaşenko deyib: “Oyunların təşkilində Azərbaycanın təcrübəsindən istifadə etmək bizim üçün çox vacibdir. Dostum, İlham Əliyev elə bir yüksək səviyyə müəyyən edib ki, Azərbaycanı ötüb keçmək heç kəsə müyəssər olmayacaq”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Qarabağda erməni əsgəri yaralanıb
Qarabağda erməni əsgəri yaralanıb
Yanvarın 16-da saat 23:55-də Azərbaycan və Ermənistan qoşunlarının təmas
Paytaxt sürücülərinin nəzərinə!
Paytaxt sürücülərinin nəzərinə!
Aparılacaq təmir işləri və yüksək gərginlikli elektrik xətlərinin
Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun icraçı sədri ilə görüşüb
Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun icraçı sədri ilə görüşüb
Yanvarın 16-da Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvabın adından
reklam
Zakir Bədəlov:
Zakir Bədəlov: - “Çovdarov dedi ki, 200 min dollar ver, yoxsa səni deportasiya etdirəcəyəm”
O, bildirib ki, 1990-cı ildən etibarən Azərbaycan Respublikasında yaşayır,
İlham Əliyev Türkiyənin Fəxri doktoru adına layiq görüldü
İlham Əliyev Türkiyənin Fəxri doktoru adına layiq görüldü
XİA.az xəbər verir ki, bu barədə olkə.Az-a eksklüziv açıqlamasında həmin
YPX əməkdaşları Gəncədə reyd keçirib - onlarla cərmələnənlər var
YPX əməkdaşları Gəncədə reyd keçirib - onlarla cərmələnənlər var
Reydlər zamanı müxtəlif yaş qruplarından olan piyadaların qayda pozduqları
 
XİA.az - TƏQDİMAT