Türkiyənin yeni konstitusiyası Ərdoğana hansı səlahiyyətləri verəcək? - Tam təfərrüat

Türkiyənin yeni konstitusiyası Ərdoğana hansı səlahiyyətləri verəcək?

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) konstitusiya dəyişikliyi ilə bağlı qaralama mətni MHP-yə təqdim edib.
Avropa.info xəbər verir ki, qaralamaya görə yeni konstitusiyada unitar quruluşu saxlayıb mövcud sistemdəki maneələri aradan qaldıracaq olan yeni sistemin adı prezident sistemi olacaq.
Yeni konstitusiya qüvvəyə mindikdən sonra dövləti prezident idarə edəcək. Yeni konstitusiyada yer alacaq digər dəyişiklikləri isə aşağıdakı kimi sadalamaq olar.
Konstitusiya dəyişikliyi referendumla qəbul edilsə prezident seçkiləri dərhal deyil 2019-ci ildə keçiriləcək. Arada qalan müddət ərzində prezident Rəcəb Tayyib Ərdoğan vəzifəsinə davam edəcək və yeni sistemdə müəyyən olunan bəzi səlahiyyətlərindən də istifadə edə biləcək.
Qaralamada yalnız hökumət sistemini dəyişdirən maddələr yer alır. Sistemlə bağlı maddələr 20, keçid müddəaları ilə birlikdə isə ümumilikdə qaralama 30 maddədən ibarətdir.
Yeni sistemdə ölkəni idarə edən adam Türkiyə Respublikasının prezidenti olaraq adlandırılacaq. Prezident dövlətin və icraedici orqanların rəhbəri olacaq.
Unitar quruluş saxlanılacaq. TBMM-in mövcud vahid məclis quruluşu davam edəcək. Yəni senat kimi ikinci bir məclis olmayacaq.
Prezident 5 illik müddətə və ən çox iki dəfə seçilə biləcək. Prezident seçkiləri iki turda keçiriləcək. Birinci turda 50 % səs toplamaq mümkün olmasa ikinci turda ən çox səs toplayan iki namizəd mübarizəni davam etdirəcək. Burada qələbə çalan şəxs ölkənin yeni prezidenti olacaq.
Məclisdə təmsil olunan partiyalar prezidentlik üçün namizəd göstərə biləcək. Parlamentdə təmsil olunmayan, ancaq son parlament seçkilərində 5 %-dən çox səs toplayan partiyaların namizəd irəli sürməsi və bir şəxsin vətəndaşların imzasını toplayaraq özünün prezidentliyə namizəd göstərməsi isə alternativlər arasında olacaq.
Prezidentinin bir müavini; yəni ölkənin bir vitse-prezidenti olacaq. Ancaq qaralamada bu məsələ ilə bağlı da alternativlər var. MHP-nin də təklifə dəstək verəcəyi təqdirdə vitse-prezidentlərin sayı iki ola bilər.
Prezident ordunun baş qərargah rəisini, kəşfiyyat rəhbərini, rektor başda olmaqla yüksək vəzifəli dövlət məmurlarını təyin edəcək.
Prezident həmçinin müəyyən nisbətdə Hakimlər və Prokurorlar Ali Qurumunun (HSYK) və Konstitusiya Məhkəməsinin üzvlərini təyin edə biləcək. Qaralamada HSYK və Konstitusiya Məhkəməsinin üzvlərinin yarısını prezidentinin seçməsi nəzərdə tutulur.
Prezident icra sahəsinə daxil olan məsələlərlə bağlı fərman verə biləcək, təməl haqq və azadlıqlarla bağlı isə fərman verə bilməyəcək.
AKP-nin qaralamasında yeni prezident üsul idarəsinə keçidin necə olacağının çərçivəsini çəkən hökmlər də yer alır. Yeni sistem referendumla qəbul edilsə prezident seçkiləri dərhal keçirilməyəcək. Prezident seçkiləri öz zamanına; yəni 2019-cu ilə qədər təxirə salınacaq. Bu tarixə qədər Rəcəb Tayyib Ərdoğan vəzifəsini davam etdirəcək.
Ancaq yeni sistemdə təyin olunan bəzi səlahiyyətlərindən də istifadə edə biləcək. Bu səlahiyyətlərin hansılar olacağı isə danışıqlardan sonra dəqiqləşəcək. AKP Nazirlər Kabinetinə rəhbərlik etmək, nazirləri təyin edib vəzifədən kənarlaşdırmaq kimi səlahiyyətlərin dərhal istifadə olunmasını hədəfləyir.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Prezidentdən sensasion bəyanatlar:
Prezidentdən sensasion bəyanatlar: - mesaj ünvanına çatdı
Mayın 26-da “Buta” sarayında Azərbaycan Respublikasının milli bayramı -
Azərbaycanlı bərbərdən qeyri-adi üsul:
Azərbaycanlı bərbərdən qeyri-adi üsul: - Bu dəfə şüşə ilə saç kəsdi – VİDEO
Gözübağlı saç kəsən, saçı az olanlara xına vasitəsilə saç effekti verən,
Manatın 4 günə olan məzənnəsi açıqlandı
Manatın 4 günə olan məzənnəsi açıqlandı
Mayın 30-na manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan verilən məlumata
reklam
Rusiya aviasiyası İŞİD-in 120-ə yaxın terrorçusunu məhv edib
Rusiya aviasiyası İŞİD-in 120-ə yaxın terrorçusunu məhv edib
Rusiya aviasiyası "İslam dövləti" terror qruplaşmanın Rakkadan Palmiraya
Türkiyədə avtobus aşıb:
Türkiyədə avtobus aşıb: - 8 nəfər ölüb
Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib. XİA.az APA-ya istinadən
Şəkinin turizm mərkəzinə gedən 7.2 km-lik yol yenidən qurulur
Şəkinin turizm mərkəzinə gedən 7.2 km-lik yol yenidən qurulur - VİDEOREPORTAJ
Kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxaracaq avtomobil
 
XİA.az - TƏQDİMAT