“Çavuşoğlunun erməni yalanlarına qarşı çıxışı çox heyrətamiz idi”

“Çavuşoğlunun erməni yalanlarına qarşı çıxışı çox heyrətamiz idi”













“NATO Parlament Assambleyasının 62-ci illik sessiyasında Mövlud Çavuşoğlu ermənilərin nə qədər riyakar olduğunu çox kəskin şəkildə bir daha toplantı iştirakçılarının nəzərinə çatdırdı”.

Bunu Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Siyavuş Novruzov deyib.

O bildirib ki, assambleyanın 62-ci illik sessiyası çox önəmli bir toplantıdır: “NATO Parlament Assambleyasının növbəti sessiyasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sessiyada Türkiyə dövlətinin tarixi və fəaliyyəti, terrora qarşı mübarizə və digər məsələlər ilə bağlı geniş çıxış etdi. Nazir, həmçinin ona ünvanlanan sualları cavablandırdı. Nazir Türkiyənin Azərbaycanla olan mövqeyini bir daha ortaya qoydu. İclasda Mövlud Çavuşoğlu Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasını, bir milyondan artıq qaçqının olmasını, müxtəlif nüfuzlu beynəlxalq qurumların Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı qərarlarını, o cümlədən NATO Parlament Assambleyasının da qərarını dinləyicilərin diqqətinə çatdırdı. Cənab Çavuşoğlunun erməni yalanlarına qarşı çıxışı çox heyrətamiz idi”.

S.Novruzov xatırladıb ki, asambleyada 56 dövlətin nümayəndəsi iştirak edir: “Burada 5 komitə var, hər bir komitədə Azərbaycanın nümayəndəsi iştirak edir”.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərində NATO Parlament Assambleyasının 62-ci illik sessiyası keçirilir. Tədbirdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı və Kamran Bayramov iştirak edir. Azərbaycan nümayəndə heyətinin səfəri noyabrın 22-də başa çatacaq.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Qocalmağa qoymayan NADİR MADDƏ:
Qocalmağa qoymayan NADİR MADDƏ: - alfa lipoikin İNANILMAZ FAYDALARI
Alfa lipoik turşusu 1980-cı illərin sonlarında kəşf edilib. İlk illərdə
Braziliyada nazirlik işçiləri təxliyə edildi
Braziliyada nazirlik işçiləri təxliyə edildi - Bombaya görə
XİA.az-ın məlumatına görə, mülki müdafiə əməkdaşları binanın 9-cu
28 May-Respublika günü Almaniyada qeyd edilib
28 May-Respublika günü Almaniyada qeyd edilib
Azərbaycanın bu ölkədəki səfirliyindən Trend-ə verilən məlumata görə,
reklam
Naftalanda cəbbəxana aşkarlanıb
Naftalanda cəbbəxana aşkarlanıb
Bununla əlaqədar mayın 24-də Goranboy rayon sakini Adil Süleymanova
14 yaşlı qıza göz dikən seksual manyaklara ağır cəza
14 yaşlı qıza göz dikən seksual manyaklara ağır cəza
Bakıda 14 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər törətməkdə
Mingəçevir su anbarında bir nəfər batıb
Mingəçevir su anbarında bir nəfər batıb
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə
 
XİA.az - TƏQDİMAT