Ədliyyə naziri Fikrət Məmmədov Avropa Məhkəməsinin sədri ilə görüşüb

Ədliyyə naziri Fikrət Məmmədov Avropa Məhkəməsinin sədri ilə görüşüb
Ədliyyə naziri Fikrət Məmmədov Strasburqda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Guido Raymondi ilə görüşüb.

DJB.az xəbər verir ki, Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə F. Məmmədov hakimlərin müstəqilliyinin gücləndirilməsi, məhkəmə infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmənin tətbiqi barədə məlumat verib.

G.Raymondi Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarını maraqla qarşıladığını qeyd edərək bu tədbirlərin Avropada aktual olan ədalət mühakiməsinin effektivliyi və məhkəmə hakimiyyətinin müstəqilliyi baxımından mühüm əhəmiyyətini vurğulayıb. O, Avropa Məhkəməsinin qərarlarının icrasına xüsusi diqqət yetirən ölkəmizin bu sahədə problemli dövlətlər sırasında olmadığını deyib, Avropa Məhkəməsinin islahatından və iş yükünün ötən illərə nisbətən azalmasından danışıb.

Həmçinin, Strasburq Məhkəməsinə Azərbaycan Hökuməti tərəfindən hakimin ezam olunması yüksək qiymətləndirilib və bu təcrübənin davam etdirilməsinin vacibliyi qeyd olunaraq bu barədə razılığa gəlinib.

Söhbət zamanı əməkdaşlığın prioritetləri, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən konkret işlər və digər maraq doğuran məsələlər müzakirə olunub.

Səfər çərçivəsində ədliyyə naziri, həmçinin Avropa Məhkəməsinin Katibliyində çalışan azərbaycanlı hüquqşünaslarla görüşüb, onların fəaliyyəti ilə maraqlanıb, ölkəmizin məhkəmə-hüquq sistemindəki yeniliklərdən bəhs edib. Həmin hüquqşünasların xeyli müddət Məhkəmədə çalışmaları və müvafiq təcrübəyə malik olmaları nəzərə alınaraq onların ölkəmizdə keçirilən treninqlərə cəlb olunmasının faydası qeyd edilib və bu barədə Avropa Məhkəməsinin rəhbərliyi ilə razılıq əldə edilib.

Görüşlərdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Emin Eyyubov və ölkəmizin İnsan Hüquqları üzrə Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov iştirak ediblər.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
VİDEO
VİDEO - Kollecdə korrupsiya şəbəkəsi: qiymət yazılması üçün rüşvət yığılıb
Gəncə Musiqi Kollecinin sabiq direktoru Gülçin Mirzəyeva cinayət başında
Qarabağda erməni əsgəri ölüb
Qarabağda erməni əsgəri ölüb
XİA.az NEWS.am-a istinadən xəbər verir ki, fevralın 17-də Ermənistan
Bakıda “28 Mall” bağlandı
Bakıda “28 Mall” bağlandı
Azərbaycan Fövqəladə Hallar Nazirliyi sosial şəbəkələrdə və bir sıra
reklam
Baş pediatr uşaqlar arasında balansın pozulmasına görə kişiləri günahlandırıb
Baş pediatr uşaqlar arasında balansın pozulmasına görə kişiləri günahlandırıb
"Son illər Azərbaycanda doğulan uşaqlar arasında balans pozulmağa doğru
İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “dəyirmi masa”da iştirak edib
İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “dəyirmi masa”da iştirak edib
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində
İlham Əliyev Münxendə MAN SE şirkətinin baş icraçı direktoru ilə görüşüb
İlham Əliyev Münxendə MAN SE şirkətinin baş icraçı direktoru ilə görüşüb
Almaniya Federativ Respublikasında işgüzar səfərdə olan Azərbaycan
 
XİA.az - TƏQDİMAT