“Belə təəssürat yaranır ki, Ermənistan rəhbərliyi Bordyuja ilə birlikdə ölkəmizə təxribat planı hazırlayıblar”

“Belə təəssürat yaranır ki, Ermənistan rəhbərliyi Bordyuja ilə birlikdə ölkəmizə təxribat planı hazırlayıblar”
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) nın baş katibi Nikolay Bordyujanın Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən hadisə ilə bağlı bəyanatı qəbul edilməzdir”.
Musavat.com xəbər verir ki, bunu millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib. O, daha sonra fikrini əsaslandıraraq qeyd edib: “Birinci ona görə ki, Bordyuja beynəlxalq hüquq normalarının, BT TŞ-nın qətnamələrinin və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərin tələblərini kobud şəkildə pozaraq Ermənistan tərəfindən işğal edilmiş və separatçılar tərəfindən yaradılmış qondarma bir qurumu Dağlıq Qarabağ Respublikası adlandırıb.
İkincisi, KTMT-nin heç bir üzvü – Qazaxıstan, Qırğızıstan, Belarus, Tacikistan, Özbəkistan, Rusiya və hətta Ermənistan DQR adlı bir qurum tanımadığı halda Bordyujanın bu bəyanatı təmsil olunduğu təşkilatın nizamnaməsini ciddi şəkildə pozmuş olur. Hesab edirəm ki, bu baş katibin ciddi məsuliyyətsizliyi və özfəaliyyətidir. Düşünürəm ki, işğalçı Ermənistan istisna omaqla təşkilatın bütün üzvləri baş katibin bu yersiz və əsassız bəyanatına münasibət bildirməlidir. Ən azındən səfirlik səviyyəsində biz onlardan açıqlama və izahat gözləyirik.
Üçüncü Bordyujanın DQ-lə baglı verdiyi bəyanat və atəşkəsin pozulmasına görə ad çəkməsə də Azərbaycanı ünvan kimi göstərməsi də bəzi məsələlərə aydınlıq gətirir. Sanki belə təəssürat yaranır ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi Bordyuja ilə birlikdə Azərbaycanın Ermənistanla sərhəd bölgəsində, yəni Tovuz rayonu ərazisində ölkəmizə qarşı düşünülmüş hərbi təxribat planı hazırlayıblar. Çünki sərhəd bölgəsində silahlı insident baş tutan kimi, dərhal Bordjyue Ermənistanın KTMT tərəfindən müdafiə olunacağını bildirdi və DQR ifadəsini işlətdi. Bu bəyanat Ermənistanın müdafiə nazirliyinin mətbuat xidmətinin 5-ci dərəcəli nümayəndəsinin əvvəllər verdiyi bəyanatla üst-üstə düşür. Sual olunur Bordyujanın belə bir səviyyəyə enməsinə səbəb nədir? Niyə o erməni separatçılarının sözçüsü qismində çıxış edir?
Sonda onu da qeyd etmək lazımdır ki, Bordyujanın bəyanatı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların ruhuna tam ziddir. Ən başlıcası isə bu gün Azərbaycanla Rusiya arasında mövcud olan dostluq və stateji tərəfdaşlıq prinsiplərinin əleyhinədir və onunla bir araya sığmır. Ümid edək ki, Rusiyanın müvafiq qurumları Baş Katibin dostluğumuza xələl gətirə biləcək bu addımına adekvat qiymət verəcəklər”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Bakıda gecə klubunda qan töküldü
Bakıda gecə klubunda qan töküldü
Ötən gecə Bakının Nizami rayonu, metronun “Neftçilər” stansiyası
BMT: Yəmən müharibəsində ölənlərin sayı 10 min nəfərə çatıb
BMT: Yəmən müharibəsində ölənlərin sayı 10 min nəfərə çatıb
Yəməndə iki ildir davam edən silahlı münaqişə nəticəsində ölənlərin sayı
Həccə gedənlər əlavə ödəniş edəcəklər
Həccə gedənlər əlavə ödəniş edəcəklər
Azərbaycandan bu il ikinci dəfə və daha çox Həcc ziyarətinə gedəcək
reklam
Sabaha olan hava proqnozu:
Sabaha olan hava proqnozu: - Çətirlərinizi götürməyi unutmayın
Bakı və Abşeron yarımadasında yanvarın 18-də havanın dəyişkən buludlu
Ermənilərin növbəti təxribatı:
Ermənilərin növbəti təxribatı: - Mövqelərimiz “Şmel” odsaçandan atəşə tutulub – FOTO
Erməni tərəfi növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində
İlham Əliyev Davosda bir sıra görüşlər keçirib
İlham Əliyev Davosda bir sıra görüşlər keçirib - FOTO
Prezident İlham Əliyev Davosa səfəri şərçivəsində bir sıra görüşlər
 
XİA.az - TƏQDİMAT