“Maşın”ı tərk edən Elton: - Tolik mənə görə səs istəməliydi

“Maşın”ı tərk edən Elton:
“Maşın” realiti-şounun ilk səsvermə günü tamaşaçı səsi toplamayaraq aktyor Elcan Rəsulova uduzan müğənni Elton Hüseynəliyev şouda iştirak edən kişiləri qorxaq adlandırıb.

XİA.az bu barədə Lent.az-a istinadən xəbər verir.

“Bəli, mən səhv etdim, amma səhv etməyə də hünər lazımdır. Mən Elcanın qabağından qaçmadım. Mən bir kəlmə desəydim ki, Elcan, sən deyilsən və həqiqətən, fikrimdə Elcan deyildi. Sadəcə, hirsləndim dedim. Deməsəydim, səs toplayıb, başqasını çıxaracaqdım. Orada hamıya səsləndim, dedim ki, açıq oyun oynayaq. Heç kim istəmədi. Sonda məni qabağa atdılar. Ona görə də mən çıxaracağım adamın adını söyləmək istəmirdim.

Murad savadlı və ağıllı aparıcıdır. Allahım şahiddir ki, şərəfsiz deyiləm, olmayacağam da. Çünki insanın qanı təmiz olmalıdır. Ola bilər ki, mən əsəbi danışıram, kiməsə yekəxana görünürəm, amma buna səbəb var. Mən bəziləri kimi Murad Dadaşova hörmətsizlik etmədim. Siz çox şeyləri bilmirsiniz. Baxırsınız, amma elə şeylər var ki, onlardan xəbəriniz yoxdur”, - deyə o bildirib.

İfaçı onu tənqid edənlərə də ismarış ünvanlayıb:

“Sözü olan varsa, nömrəsini yazsın. Sabah harada desə, orada görüşməyə hazıram. Gəlməyən kişi deyil”.

Elton birgə çalışdığı prodüseri Tolik barədə də danışıb:

“Tolik mənə görə pis oldu. O da neçə illərdir, mənimlə çalışır və mənə görə səs istəməliydi. Amma Elcanın da xətrini çox istəyirdi. Nə isə, anlayana 1 kəlmə, anlamayana 1000 kəlmə bəs etməz”.

Bu xəbəri oxuyanlar aşağıdakı xəbərləridə oxuyub
Azərbaycanlı milyarderin menecerləri həbs edildi
Azərbaycanlı milyarderin menecerləri həbs edildi - inanılmaz dələduzluq...
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları “Lukoyl” və
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Təhsil müəssisələrinin idarə edilməsi qaydaları dəyişib
Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisəsinin Nümunəvi
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiya Qüdsdə fəxri səfirlik açıb
Çexiyanın Qüdsdə fəxri səfirliyinin təntənəli açılış mərasimi keçirilib.
reklam
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail Qəzza zolağına yenidən zərbələr endirib
İsrail aviasiyası fələstinlilərin raket atmasına cavab olaraq yenidən
Bu yay çox isti olacaq
Bu yay çox isti olacaq
Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində maraqlıdır
Yaponiya Azərbaycanla Xəzərdə yeni yataqların birgə işlənməsində
 
XİA.az - TƏQDİMAT